Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-755/2021 11.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Barəsində inzibati icraat aparıla X7 iştirakı ilə, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə Gəncə Apellyasiya Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y yə n e t d i: Ağdam rayon X12 X15 Yol Patrul Xidməti tərəfindən 15 oktyabr 2020-ci il tarixdə X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə barəsində inzibati protokol tərtib etmişdir. Həmin protokoldan şikayətçi olan X11 18 yanvar 2021-ci il tarixdə 15 oktyabr 2020-ci il tarixli 018822 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 3(013)-22/2021 saylı qərarı ilə 15 oktyabr 2020-ci il tarixli 018822 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. X4 Apellyasiya Məhkəməsinə şikayət verərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Ağdam Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və iş yenidən baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. X5 rayon Məhkkəməsinə etiraz etmiş, iş yenidən 31 may 2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarı ilə hakimə qarşı edilmiş etiraz qərardadı ləğv edilmiş, yenidən baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadına əsasən barəsində inzibati icraat aparılan X7 etirazı təmin edilmiş, iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 3(104)-327/2021 saylı qərarı ilə toplanmış material mahiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, X11 barəsində inzibati xəta haqqında protokol Ağdam Rayon X12 Yol Polis Bölməsi tərəfindən ona görə tərtib edilmişdir ki, 15 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində saxta və ya mövcud olmayan VAZ 2107 markalı avtomaşını etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bu səbəbdən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X11 tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş protokol qərarı qanunsuz və əsassızdır. Belə ki Ağdam Rayon Məhkəməsində işə baxılarkən onun iştirakı təmin edilməmiş, iclasın başqa tarixə salınmasını bildirmişdir. Qeyd olunan nəqliyyat vasitəsini o, idarə etməmişdir. Həmin nəqliyyat vasitəsi atasına məxsusdur və həmin avtomobili idarə etməmişdir. Protokol tərtib edilən zaman 44 günlük vətən müharibəsi zamanı olduğundan avtomaşın idarə olunmamışdır. Həmin zaman avtomobil Quzanlı qəsəbəsində yerləşən “Əlillər” binasının həyətində dayanmışdır. Həmin protokol ona qərəzli olaraq yazılmış, onun idarə etməsi barədə heç bir sübut dəlil olmamışdır. Ona görə də, həmin avtomobil barəsində tərtib olunan protokol ləğv edilməlidir. Məhkəmə iclasında X11 izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş protokol qərəzli olmuşdur. Avtomobil atasına məxsusdur. 44 günlük vətən müharibəsi zamanı avtomobil ümumiyyətcə nə atası nədə ki başqa şəxs tərəfindən idarə olunmamışdır. Həmin avtomobil “Tranzit” qeydiyyat nişanlıdı. Məhkəmədə bildirdi ki, 100 manatı dövlət büdcəsinə ödəməyə hazırdı amma ona qərəzli şəkildə yazılan protokola ödəniş etmək istəmir. Məhkəmədən həmin qərarın ləğv olunmasını və inzibati məsuliyyətdən azad olmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə X19 Şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə X19 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi dinləyib, protokolu, protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, X7 barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, X11 barəsində protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyini müəyyən edən hər hansısa bir sübut mövcud deyildir. Çünki iş materiallarında olan Ağdam Rayon Məhkəməsində keçirilmiş məhkəmə baxış iclası zamanı izahat vermiş Ağdam rayon Polis Şöbəsinin DYB-nin inspektoru X6 izahatında bildirmişdir ki, “X11 atası X9 məxsus VAZ 2107 markalı avtomaşını müddəti keçmiş Tranzit nömrə ilə idarə edirdi. Azər Hüseynova bu barədə xəbərdarlıq edilmişik, lakin o, buna məhəl qoymamışdır. Hal şahidlərinin iştirakı ilə avtomaşın Ağdam rayon Polis Şöbəsinin cərimə meydançasına apardıq. Azər Hüseynov maşın aktla təhvil vermədi. Avtomaşının nömrəsi 2014-cü ilin müddəti keçmiş tranzit nömrəsidir. Azər Hüseynovun avtomaşını idarə etmək üçün nə sürücülük vəsiqəsi, nə də etibarnaməsi yoxdur və təhvil-təslim zamanı Azər etiraz edərək çıxıb getdi. Şikayətin rədd edilməsini xahiş etdi”. Yuxarıda göstərilən izahatı həmçinin Ağdam Rayon Məhkəməsində keçirilmiş məhkəmə baxış iclası zamanı izahat vermiş Ağdam rayon Polis Şöbəsinin DYB-nin rəisi X1 izahatında Ağdam rayon Polis Şöbəsinin DYB-nin inspektoru X2 məhkəmədə bildirdiyi xüsusatları təkrar etmişdir. Məhkəmə verilmiş izahatlarla onu qeyd etməyi zəruri hesab edir ki, Ağdam rayon Polis Şöbəsinin DYB-nin rəisi X1 və eləcə də Ağdam rayon Polis Şöbəsinin DYB-nin inspektoru X6 tərəfindən X8 müvafiq xəbərdarlıq etdikərini bildirsələr də, həmin xəbərdarlıq hansı qaydada edilmələrini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Bundan başqa hansı məqsədlə xəbərdarlıq edilmələrini açıqlaya bilməmişlər. Belə ki, əgər X11 tərəfindən qanun pozuntusu baş vermişdirsə, o zaman xəbərdarlıq deyil, inzibati xətalar qanunvericiliyinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilməli idi. Yox, əgər xəbərdarlıq inzibati tənbeh tədbiri formasında edilmişdirsə bu yazılı formada olmalı idi və yalnız bir dəfə tətbiq edilə bilərdi. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.1-ci maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Bundan başqa 15 oktyabr 2020-ci il tarixdə X11 hansı şəraitdə saxlanılması qeyd edilməmişdir. Halbuki həmin dövr 44 günlük Vətən Müharibəsinin ən ağır zamanlarına təsadüf etmişdir. Belə ki, X11 avtomobilin Quzanlı kəndində dayanmış vəziyyətdə cərimə meydançasına aparıldığını qeyd etmiş, yol polis əməkdaşları tərəfindən isə həmin aktı istisna edən sübutları təqdim etməmişlər. Halbuki bütün yol patrul xidmətinin avtomobillərində video registr qeydiyyat kameraları mövcuddur. Həmin kamera görüntüləri hazırki iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, X7 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutараq məhkəmə, Qərarа aldı: X11 tərəfindən verilmiş şikayət təmin edilsin. X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair TYP 018822 saylı protokola əsasən tərtib edilmiş 15 oktyabr 2020-ci il tarixli TYP 018822 saylı qərar ləğv edilsin və əməldə inzibati xəta tərkibi olmadığından X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-755/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-755/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver