Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-755/2023 10.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bərdə rayonunda doğulmuş, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 fevral 2023-cü il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3 izahatında göstərdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, X4 ilə Zərərçəkmiş şəxs arasında əvvəlcədən şəxsi münasibətlər və qısqanclıq zəmnində mübahisələri olmuşdur. 26 fevral 2023-cü il tarixdə Nisə Rəhimova işlədiyi Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində olan kafedə olan zaman, Zərərçəkmiş şəxs həmin kafeyə gəlmiş və tərəflər arasında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs Nisə Rəhimovanı döymüşdür. 27 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yenidən Nisə Rəhimovanın işlədiyi yerə gələrək şəxsi münasibətlər zəmnində mübahisə etmiş və həmin vaxtı Zərərçəkmiş şəxs ilə Nisə Rəhimova arasında baş vermiş mübahisə zamanı tərəflər bir birlərinə müxtəlif xəsarətlər yetirmişdilər. Baş vermiş mübahisədən sonra, Şəxs Zərərçəkmiş şəxs döyərək, qəsdən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, X1 rayonu Meşəçilik İnstitutu ərazisində kafedə işləyir. Əri Şəxs isə mütamədi olaraq Nisə Rəhimovanın yanına gedib gəlmiş və yaxın münasibətdə olmuşdur. Vüsal hətta Nisə Rəhimovanı yaşadığı evə gətirərək orada münasibətdə olmuşdur. Bu səbəbdən, Şəxs ailəyə maddi cəhətdən baxımsızlıq etmişdir. O 26 fevral 2023-cü il tarixdə Nisənin işlədiyi yerə gedərək Vüsaldan kənar durmağı tələb etmişdir. Həmin vaxtı Nisə onun üstünə hücum edərək onu, kafedən çıxarmağa cəhd etmişdir. Bundan sonra Nisə ilə onun arasında mübahisə baş vermişdir. 27 fevral 2023-cü il tarixdə yenidən kafeyə gələrək bir gün əvvəl baş vermiş mübahisə ilə əlaqədar söhbət etmək istəmişdir. Həmin vaxtı da Nisə onun üstünə hücum etmiş və kafedən qovduqda Nisə onu bir neçə dəfə vurmuşdur. Keçmiş əri Vüsal onu döyməmişdir, hirsindən polisə elə demişdir. Məhkəmədən Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini cahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə 3 il birlikdə ailəli kimi yaşamış, lakin nu qeyri-rəsmi nigah olmuşdur. Hal hazırda onların iki övladları var. Zərərçəkmiş şəxs təxminən 6 aydır ki, ayrılmış və övladlarına aliment verir. Buna baxmayaraq Zərərçəkmiş şəxs onu qısqanır və ondan əl çəkmir. Onun atasına məxsus olan kafedə hal hazırda X5 işləyir. Gülnarə isə onu, Nisəyə qısqanaraq Nisənin işlədiyi yerə gələrək Nisə ilə mütəmadi olaraq mübahisə edir. 26 fevral 2023-cü il tarixdə o, kafedə olan zaman Gülnarə kafeyə gələrək Nisə ilə mübahisə etmiş, kafenin stollarını aşırdaraq stolun üstündə olan çaynik və stəkanla sındırmış, sonra isə əlinə bıçaq götürərək Nisənin üstünə hücum etmişdir. 27 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində kafenin qarşısında olan avtoyuma məntəqəsində olan zaman Gülnarə yenidən kafeyə gələrək Nisənin üstünə hücum etmiş və onların arasında mübahisə baş vermişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş protokol əsassızdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokol səthi olaraq tərtib edilmiş inzibati xəta haqqında protokol səthi tərtib edilmiş və heç bir şahid izahatı alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs və zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş video görüntülərdən birbaşa aydın görünür ki, barəsində inzibati icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməmiş, onunla ümumiyyətlə mübahisə belə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə müşayiət edilən hərəkətlər mövcud olmadığından sonuncu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-755/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-755/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver