Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-755/2024 25.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.7-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə 27 iyun 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Polis Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 may 2024-cü il tarixli Qərarından görünür ki; Bərdə RPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-yǝ raport verərək xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Mopedlə dayanmış vəziyyətdə olan VAZ-21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mopedin sürücüsü Şəxs ayaq nahiyyəsindən xəsarət almasını bildirmiş və Raport həmin tarixdə Bərdə RPŞ-də «Törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı kitabı»nda 1660-cı sırada qeydə alınaraq icrasına başlanılmışdır. Hadisə yerinə baxış keçirilərək müvafiq protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, yol- nəqliyyat hadisəsi Bərdə şəhəri H.Əliyev prospektində baş vermiş, hadisə yerində yol asfalt örtüklü, quru, düz və hamardır, yol şəhər elektrik işığı ilə işıqlandırılmışdır. Bərdə şəhəri Bakı küçəsində İdarəetmə kollecinin yataqxanasında yaşayan Şəxs idarə etdiyi M50 Mopedlə H.Əliyev prospekti ilə Bərdə rayonu Lək kəndi istiqamətində hərəkət edərkən idarəetməni itirərək yol kənarında dayanmış X4 tərəfindən idarə olunmuş VAZ-21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxa sol tərəfdən vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə özü sol dirsək və sağ baldır nahiyələrindən sıyrıq xəsarətləri almış, həmçinin hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Toqquşma yerində yolun əsas hissəsinin eni 12,0 metr, yolun sağ və sol zolaqlarının eni bərabər olaraq 6,0 metr, nəqliyyat vasitələrinin toqquşma nöqtəsindən yolun sağ kənarına 1,8 metr məsafə olmuşdur. Baxış zamanı, hadisə yerində nəqliyyat vasitələrinə aid tormoz izi aşkar edilməmişdir. Toqquşmadan sonra VAZ-21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və Moped markalı nəqliyyat vasitəsi yolun sağ kənarında, toqquşma yerində dayanmışlar. VAZ- 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadı deformasiyaya uğramışdır. X2 minik avtomobilini idarə etmək üçün xx.xx.2018-ci il tarixdə 10 il müddətinə verilmiş <<BC>> kateqoriyalı AC 915411 nömrəli sürücülük vəsiqəsi vardır və o, VAZ-21074 markalı 10- LZ-957 dövlət qeydiyyat nişanlı avtomobili etibarlılıq müddəti xx.xx.2028-ci il tarixədək olan ƏN-İV No 479196 nömrəli etibarnamə əsasında idarə edir. Sərxoşluğun təyini məqsədi ilə aparılan müayinə zamanı müəyyən edilmişdir ki, X4 27 aprel 2024-cü il tarixdə, müayinə olunan zaman ayıq olmuşdur. Həmçinin, sərxoşluğun təyini məqsədi ilə aparılan müayinə zamanı müəyyən edilmişdir ki, Şəxs 27 aperl 2024-cü il tarixdə müayinə olunan zaman ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 349 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ, sol dirsək, sağ baldır nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Bərdə rayonu Bakı küçəsində yerləşən İdarəetmə Kollecinin yataqxana binasında yaşayan Şəxs 27 aprel 2024-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi M50 markali mopedlə Bərdə şəhəri H.Əliyev prospektində hərəkət edərək «Yol hərəkəti haqqında»> Azərbaycan Respublikasının Qanununun 46-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla həmin yolun sağ kənarında dayanmış X3 məxsus VAZ- 21074 markalı **-LZ-*** dövlət nömrə nişanlı avtomobili arxa sol tərəfdən vuraraq özünün xəsarət alması və VAZ-2174 markalı **-LZ-*** dövlət nömrə nişanlı avtomaşına maddi zərər dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X9 Bölməsinə göndərilmişdir. İnzibati işin materiallarda olan Bərdə rayon Yol-Patrul Xidməti tərəfindən tərtib edilmiş İXP №6363744 saylı xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə protokol tərtib olunmuşdur. İXM-in 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Belə olan halda, Şəxs İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Adullayev
Məhkəmə qərarları › İş №3(021)-755/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-755/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver