Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-757/2021 30.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon M.Cəfərov küçəsində qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs oğlu İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 30 iyul 2021ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 30.07.2021-ci il tarixdə Bərdə rayon Ü.Hacıbəyov küçəsində yerləşən “Nar marketdə xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin sahə rəisi X5 oğlu izahatında bildirdi ki, 30.07.2021-ci il tarixdə Bərdə rayon Ü.Hacıbəyov küçəsində yerləşən “Nar marketdə xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, pul əskinazı ləkəli olduğu üçün satıcı pulu qəbul etmədiyindən aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları gəldikdə əsəbi olduğu üçün onlarla da mübahisə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onu söymüş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşları gəldikdə onlara da tabeszlik göstərmişdir. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşı X7 izahatında bildirdi ki, Şəxs səs-küy salaraq ictimai qaydanı pozmuşdur, onu nizam -intizama dəvət etsələr də onlara tabesizlik göstərmişdir. İşdə olan 30.07.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30.07.2021-ci il tarixdə Bərdə rayon Ü.Hacıbəyov küçəsində yerləşən “Nar marketdə xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Şəxs 30.07.2021-ci il tarixdə Bərdə rayon Ü.Hacıbəyov küçəsində yerləşən “Nar marketdə xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 30 iyul 2021-ci il tarixdən, saat 05:08-dən hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-757/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-757/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver