Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-758/2024 12.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bərdə rayonu Qazaxlar kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan Bərdə rayonu Qazaxlar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Qazaxlar kəndində yaşayan Şəxs qardaşı X3 ilə birlikdə xırda xuliqanlıq etmişlər. Belə ki, Şəxs X13 İdarəsinə gedərək orada ucadan səs-küy salaraq, nalayıq sözlər işlətmişlər. Həmin vaxtı orada təhsil idarəsinin işçiləri və oraya gələn digər vətəndaşlar olmuşdur. Şəxs dediyinə görə iş üçün təhsil idarəsinə gedib və orada qardaşı ilə birlikdə səs-küy yaradıb. Həmin vaxt iş otaqlarının birinin qapısını sındırıb. Məhkəmədən həbslə bağlı olmayan tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda işsizdir. Ailədə maddi imkanı çox aşağıdır. Belə ki, xx.xx.2024-c il tarixdə o qardaşı ilə birlikdə Qarabağ Regional Təhsil İdarəsinə gedib iş üçün müraciət etmişlər. Əvvəllər də o bir neçə dəfə həmin idarəyə iş üçün müraciət etmişdir. Lakin hər dəfə ona və ailə üzvlərinə müxtəlif vədlər verərək idarədən yola salmışlar. Qeyd edir ki, Bərdə rayon Qazaxlar kənd orta məktəbdə gözətçi vəzifəsinə vakant yer olduğu üçün müraciət etmişdir. Sonra onlara məlum olub ki, həmin yerə başqa işçi götürüblər. Əməlindən səmimi peşmandır. Məhkəmədən həbslə bağlı olmayan tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərşəkmiş şəxs X6 verdiyi izahatında göstərdi ki, Şəxs, qardaşı X3 və ataları X8 xx.xx.2024-cü il tarixdə əvəllər dəfələrlə onun işlədiyi Qarabağ Regional Təhsil İdarəsinə gəlib orada idarənin nüfuzuna xələl gətirərək səs-küy salıblar. Sözügedən tarixdə təkrar olaraq gəlib orada idarənin digər əməkdaşlara qarşı kobud davranışlar və nalayıq sözlər işlətməyə başlayıblar. Bərdə Rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları gələrək onları idarədən götürüb aparmışlar. Əlavə olaraq qeyd edir ki, bu hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Həmin gün onlar polisə müracət etməmişlər. Səhəri gün onlar təkrar gəlib səs-küy salıb narahatçılıq yaratmaq istəyəndə onlar polisə müraciət etmişlər. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 12 iyul 2024-cü il il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmanlığı və Qarabağ müharibə veteranı olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ
1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin.
2. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin.
3. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim Ziya Abdullayev