Məhkəmə qərarları › İş №3(021)-764/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-764/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-764/2023 12.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə anadan olmuş, Bərdə rayonu, Vəliuşaqlı kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 12 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 11 aprel 2023-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində xuliqanlıq əməlini törətməklə onu nizamintizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X10 bildirdi ki, Şəxs 11 aprel 2023-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində ünvansız nəlayiq ifadələr işlədərək ictimai əsaişi pozmuş, ərazidə xidmətdə olan və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs polis əməkdaşları tərəfindən Şöbəyə gətirilmiş və 11 aprel 2023-cü il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun haqqında deyilənlər hamısı yalandır. Bərdə şəhəri, H.Əliyev prospektində avtomobilini saxlayıb yanında durmuşdur. Polis əməkdaşı Ramin Orxanın yanında olmamışdır. Əvvəlcə Orxan yaxınlaşaraq yoldaşcasına salam verərərk ona əl uzatmış, anidən əlindən dartaraq onu özünə tərəf çəkib boynundan sıxmışdır. Ondan bu hərəkətinin səbəbini soruşduqda cinayət işi ilə əlaqədar çağrıldıqda niyə gəlib ifadə vermədiyini demişdir. O, isə bildirmişdir ki, o, taksi sürücüsüdür, pul müqabilində kimlərisə ünvana çatdırır. Daha sonra Ramin onlara yaxınlaşaraq heç bir əsas olmadan onun boynundan sıxaraq şöbəyə aparmışdılar. Həmçinin bildirdi ki, həmin ərazidə şəhər kamerası var məhkəmə istədikdə götürüb baxa bilər. Barəsində tərtib edilmiş protokolu əsassız hesab edir və inzibati material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа şahid qismində ifadə verən Bərdə rayon Polis Şöbəsinin CAB-nİn əməliyyat müvəkkili, polis kapitanı X7 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən Bərdə RPŞ-nin CAB-in baş ǝ/m polis mayoru, Ramil Əzimovun bir nəfərlə söhbət ediyini görüb onlara yaxınlaşmışdır. Bu zaman həmin şəxs yüksək səslə ünvanlı, ünvansız nalayiq ifadələr işlədərək söyüşlər söyməyə başladı. Onu sakitləşdirməyə və nizam-intizam dəvət etmişlər. Lakin, o, onların üzərinə yeriyərək təhqir etməklə, "gedin rədd olun ə...” və s. kimi qeyrietik ifadələr işlətməyə başladı. Onu polis şöbəsinə dəvət etsələr də, narazı və kobud şəkildə bizim qanuni tələblərinə tabe olmayaraq, qaçmağa çalışmışdır. Tərəflərindən polis şöbəsinə gətirilən zaman həmin şəxsin Bərdə rayon, Vəliuşağı kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclаsındа şahid qismində ifadə verən Bərdə rayon Polis Şöbəsinin CAB-nİn əməliyyat müvəkkili, polis mayoru X11 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə RPŞ-nin CAB-in ǝ/m, polis kapitanı Orxan Məmmədzadə ilə birlikdə Bərdə şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin telefonla yüksək səslə danışaraq ünvanlı, ünvansız nalayiq ifadələr işlədərək söyüşlər söydüyünü görüb dərhal həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim edərək, onu sakitləşdirməyə və nizam intizam dəvət etmişlər. Lakin, o, onların üzərinə yeriyərək onları da söyüb təhqir etməklə, "gedin rədd olun ǝe..." və s. kimi qeyri-etik ifadələr işlətməyə başlamışdır. Onu polis şöbəsinə dəvət etsələr də, narazı və kobud şəkildə onların qanuni tələblərinə tabe olmayaraq, qaçmağa çalışmışdır. Tərəflərindən polis şöbəsinə gətirilən zaman həmin şəxsin Bərdə rayon, Vəliuşağı kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. İşdə olan 12 aprel 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 aprel 2023-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində xuliqanlıq əməlini törətməklə onu nizam inztizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 16:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə protokolu tərtib edən şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X8 həmin hadisə yerində maşahidə kamerasının olubolmamasını, olduğu təqdirdə həmin video-görüntülərin təqdim edə bilib-bilməyəcəyini soruşmuş, o, isə bildirmişdir ki, Bərdə şəhəri, H.Əliyev prospektində müşahidə kamerası var, lakin həmin vaxt kamera işləmədiyindən video görüntüləri təqdim edə bilməyəcəkdir. Həmçinin şahid qismində dindirilən X11 ilə X3 ifadələri arsında ziddiyyət olduğu müəyyən olunmuşdur. Belə ki, X2 Orxan Bəkir oğlu ilə bir yerdə olduqularını bildirmiş, lakin Orxan X1 bir nəfərlə söhbət ediyini görüb onlara yaxınlaşdığını bildirmişdir. Məhkəmə bununla yanaşı şahidlərə də həmin hadisə yerində maşahidə kamerasının olub-olmamasını, olduğu təqdirdə həmin video-görüntülərin təqdim edə bilib-bilməyəcəyini soruşmuş, onlar isə bildirmişdir ki, həmin yerdə müşahidə kamerası var, lakin həmin vaxt kamera işləmədiyindən video- görüntüləri təqdim edə bilməyəcəklər. Məhkəmə şahidlərin ifadələri arasında ziddiyət təşkil etməsini, video görüntülərin məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətə səbəb olan əmələ (hərəkət və ya hərəkətsizlik) yol verməsi sübut olunmur. Məhkəmə həmçini qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar