Məhkəmə qərarları › İş №3(021)-765/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-765/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-765/2023 13.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi, polis kapitanı X7, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, evli, Bərdə rayonu Divanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2023-cü il tarixdə Bərdə rayonu, Divanlı kəndində X2 uca səslə, nalayiq küçə ifadələri ilə söyüb təhqir etmişdir. Məhkəmə iclasında Bərdə Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis kapitanı X11 izahatında göstərdi ki, 13 mart 2023-cü il tarixdə, saat 12 radələrində Bərdə rayonu, Divanlı kəndində yaşayan Şəxs yaşadığı evin həyətində həmin ünvanda yaşayan X4, X8, X13 ilə münaqişə edərək onları söyüb təhqir etmiş, bundan başqa 14 mart 2023-cü il tarixdə saat 17 radələrində Şəxs yaşadığı evin həyətində “Novruz” bayramı ilə bağlı gələn uşaqların qarşısına paltarsız çıxmış, anası X4 ilə münaqişə edərək onu söyüb təhqir etmişdir. Münaqişə zamanı Ələsgərov Şəxs Xanım İmamqulu qəzənə döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərdi ki, qızı Ülkər Ələsgərova, oğlanları Xəyyam Ələsgərov və Şəxsla birlikdə Bərdə rayonu, Divanlı kəndində eyni həyətdə yerləşən evdə yaşayırlar. Oğlu Şəxs sərxoş həyat tərzi keçirir. Evə sərxoş vəziyyətdə gələrək münaqişə yaradır, onu söyüb təhqir edir. 13 mart 2023-cü il tarixdə, saat 12 radələrində Şəxs sərxoş vəziyyətdə evdə münaqişə yaratmış, onu və digər ailə üzvlərini söyüb təhqir etmiş, onu itələyib yerə yıxmış, həmin vaxt onun çiyni pilləkənə dəyib əzilmişdir. 14 mart 2023-cü il tarixdə saat 17 radələrində Şəxs yenə də sərxoş vəziyyətdə yaşadıqları evdə münaqişə yaradaraq onu və bacıları Lüdmila və Ülkəri söyüb təhqir etmiş, “Novruz” bayramı ilə əlaqədar olaraq qapıya torba atan uşaqların yanında paltarını çıxararaq onlara ayıb yerini göstərmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 13 mart 2023-cü il tarixdə yaşadıqları evdə bacıları və anası ilə aralarında mübaghisə olmuşdur. Belə ki, həmin gün birlikdə oturub yemək yeyərkən o və yeznəsi Şahin Cəfərov ilə araq içmişlər. həmin vaxt həyətdə Şahingilin saxladığı qazlar səs-küy salmışlar, o qaz yiyəsinin ünvanına söyüş söymüş, buna görə aralarında mübahisə olmuş, yeznəsi Şahin Cəfərovla dalaşmışla. Həmin vaxt anası Xanım Ələsgərova və bacısı Ülkər Ələsgərova onları aralaşdırmışlar, sonra o, öz evinə girmişdir. Həmin vaxt anası Xanım Ələsgərovanı döyməmiş və heç kimi söyüb təhqir etməmiş, alt paltarları ilə və paltarsız vəziyyətdə həyətə və küçəyə çıxmamışdır. Anasına arada əsəbi olduğundan, içkili olduğundan nəsə deməsi mümkündür. Lakin içkili olduğundan yadında olmamışdır. Barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi, polis kapitanı X11 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş sahə müvəkilinin izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 13 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərarda Şəxs X4 təhqir etməsi şahid qismində dindirilmiş X9, X5, X13 və X6 izahatlarında da öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 15 mart 2023-cü il tarixdə Bərdə rayonu, Divanlı kəndində X2 uca səslə, nalayiq küçə ifadələri ilə söyüb təhqir etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 13 aprel 2023-cü il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar