Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-768/2023 14.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisləri X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirаkları ilə, xx.xx.1995-ci il tarixdə Ağdam rayon Mərzili rayonunda anаdаn оlmuş, Ağdam rayon Eyvazxanbəyli qeydiyyatda olmaqla rayonunda ünvan 1 ünvaninda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X4 məxsus 140-180 manat dəyərində “Samsung A10” markalı mobil telefon oğurlamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin polis sahə rəisi X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon X8 rayon 195 saylı qəsəbə ev 177-də yaşayan X3 2022-ci il tarixdə yaşadığı evdən özünə məxsus Samsung markalı mobil telefonun Şəxs tərəfindən oğurlanması barədə ərizəsi daxil olmuş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayon 195 saylı qəsəbə ev 177-də yaşayan X3 yaşadığı fərdi yaşayış evinin mətbəxindən sonuncuya məxsus 1 ədəd samsung A10 markalı mobil telefonu oğurlamışdır. Oğurluq hadisəsi nəticəsində İsa Köçəriyevə 140-180 manat dəyərində maddi ziyan vurulmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, qohumlarının toy məclisi olması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə qohumlar və qonşular İsanın yaşadığı evdə olmuşlar. Həmin vaxt o da İsanın yaşadığı ünvanda olmuş ve toy məclisi ilə əlaqədar onlara köməklik etmişdir. Həmin günü saat təqribən 21 radələrində İsanın yaşadığı evin mətbəxinə keçmiş və 1 ədəd Samsung A10 markalı mobil telefonun soyuducunun üzərində olduğunu görmüşdür. Mətbəxdə kənar şəxslər olmadığı üçün telefonu soyuducunun üzərindən oğurlayaraq telefonu söndürmüş və şalvarının cibinə qoyaraq həmin yerdən uzaqlaşmışdır. Lakin, İsaya məxsus mobil telefonun oğurlanmağı barədə heç kimə məlumat verməmişdir. Həmin telefonu bir müddət gizlin işlətmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman əri Bəxtiyar otağa daxil olmuş və həmin mobil telefonla musiqi dinlədiyi üçün telefonu görmüşdür. O, telefonu İsanın yaşadığı ünvandan oğurladığını Bəxtiyara etiraf etmişdir. Daha sonra Bəxtiyar telefonu alaraq İsanın özünə təhvil vermişdir. Əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin və Şəxs əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, onun telefonu qaytarılsa da, üst hissəsi qırılmışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon X8 rayon 195 saylı qəsəbə ev 177-də yaşayan X3 2022-ci il tarixdə yaşadığı evdən özünə məxsus Samsnug markalı mobil telefonun Şəxs tərəfindən oğurlanması barədə ərizəsi daxil olmuş,. aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayon 195 saylı qəsəbə ev 177-də yaşayan X3 yaşadığı fərdi yaşayış evinin mətbəxindən sonuncuya məxsus 1 ədəd samsung A10 markalı mobil telefonu oğurlamışdır. Oğurluq hadisəsi nəticəsində İsa Köçəriyevə 140-180 manat dəyərində maddi ziyan vurulmuşdur. Ona məxsus samsung A10 markalı mobil telefonu oğurlayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərar və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati ictimai işlər tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (bir yüz altmış) saat saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Porobasiya Şöbəsinə həvalə edilsin. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-768/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-768/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver