Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-768/2024 22.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X5 iclas katibliyi, Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi X6, Zərərçəkmiş şəxslər X2 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda xulianlıq əməlini törətməklə polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi X11 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bərdə rayonu 588 saylı qəsəbədə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Kərim Qarazadə və X2 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxs mobil telefonla danışaraq uca səslə ünvansız nalayiq ifadələr və söyüşlər işlətdiyindən yol verdiyi hüquq pozuntusu ilə əlaqədar olaraq həmin şəxsə yaxınlşaraq özlərini tədim etməklə ona ictimai qaydanı və ictimai əsayişi pozduğu izah olunan zaman Şəxs polis əməkdaşlarının üzərinə gedərək onlara “gedib rədd olun ə, sən kimsən” və s kimi qeyri-etik ifadələr işlətməklə polis əməkdaşlarını təhqir etmişdir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bərdə rayonu 588 saylı qəsəbədə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri X2 ilə birlikdə xidmətdə olarkən Şəxs mobil telefonla danışaraq uca səslə ünvansız nalayiq ifadələr və söyüşlər işlətdiyindən yol verdiyi hüquq pozuntusu ilə əlaqədar olaraq həmin şəxsə yaxınlaşaraq özünün ona polis əməkdaşı olduqlarını və ona ictimai qaydanı və ictimai əsayişi pozduğunu izah etməyə çalışmışlar. Lakin Şəxs onların üzərinə gələrək onlara kobud sözlər işlətməyə başladı. Həmin vaxtı onlar ona Azərbaycan Respublikası İXM-nin 510-cü maddəsinin tələblərini pozduğuna görə onun barəsində İXM- nin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunacağını bildirən zaman, Şəxs hadisə yerindən qaçmağa çalışdı, lakin qaça bilmədi. Onlar Şəxs Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 göstərdi ki, X3 izahatına uyğun ifadə verərək Şəxs barəsində qanunamüvafiq tədbir gözrülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixde yaşadığı Bərdə rayonu 588 saylı qəsəbənin ərazisində özünə məxsus mobil telefonla danışırmış. Həmin vaxtı əsəbi idi və uca səslə danışırdı. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşıb irad bildirdilər. O əsəbi olduğundan həmin polis əməkdaşlarına kobud cavab vermişdir. Bundan sonra polis əməkdaşları ona protokol tərtib edəcəklərini bildirən zaman o hadisə yerindən qaçmağa çalışmışdır. Lakin qaça bilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin vəkili X1 İdris Əkbər oğluna yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xırda xulianlıq əməlini törətməklə polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:10-da tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi işin halları, polis əməkdaşının izahatı, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 22 iyul 2024cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat Bərdə rayonu 588 saylı qəsəbədə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin.
2. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın.
3. İnzibati həbs etmənin əvvəli 21 iyul 2024-cü il tarixdən saat 12:10-dan hesablansın.
4. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ziya Abdullayev