Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-769/2024 23.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu, Şəxs barəsində Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində 23 iyul 2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmiş, lakin barəsində protokol tərtib olunmuş şəxs Şəxs məhkəməyə təqdim olunmasə təmin olunmamışdır. Məhkəmə hesab edir ki, barəsində protokol tərtib olunmuş şəxs Şəxs məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-769/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-769/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver