Məhkəmə qərarları › İş №3(021)-773/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-773/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-773/2023 18.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1987-ci il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 aprel 2023-ci il tarixdə Bərdə şəhəri B.Hacıyev küçəsində uca səslə nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, 17 aprel 2023-cü il tarixdə Bərdə şəhəri B.Hacıyev küçəsində polis əməkdaşları xidmətdə olan zaman bir nəfər şəxsin oğurluqda şübhəli olduğu üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları nizam intizama dəvət edərək İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmasını və ictimai əsayişi pozduğunu bildirmişlər. Lakin həmin şəxs polis əməkdaşlarına qarşı əl–qol hərəkətləri edərək qaçaraq həmin ərazidən uzaqlaşmaq istəmişdir. Bu zaman şəxs polis əməkdaşları tərəfindən tutularaq poli bölməsinə gətirilməsini təmin etmişlər. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, 17 aprel 2023-cü il tarixdə Bərdə şəhəri B.Hacıyev küçəsində Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin polis leytenantı Murad Əliyev ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin oğurluqda şübhəli olduğu üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları nizam intizama dəvət edərək İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmasını və ictimai əsayişi pozduğunu bildirmişlər. Lakin həmin şəxs polis əməkdaşlarına qarşı əl–qol hərəkətləri edərək qaçaraq həmin ərazidən uzaqlaşmaq istəmişdir. Bu zaman şəxs polis əməkdaşları tərəfindən tutularaq poli bölməsinə gətirilməsini təmin etmişlər. Məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, 17 aprel 2023-cü il tarixdə Bərdə şəhəri B.Hacıyev küçəsində Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin polis leytenantı Rüstəm Mejdunov ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin oğurluqda şübhəli olduğu üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları nizam intizama dəvət edərək İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmasını və ictimai əsayişi pozduğunu bildirmişlər. Lakin həmin şəxs polis əməkdaşlarına qarşı əl–qol hərəkətləri edərək qaçaraq həmin ərazidən uzaqlaşmaq istəmişdir. Bu zaman şəxs polis əməkdaşları tərəfindən tutularaq poli bölməsinə gətirilməsini təmin etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilərək göstərdi ki, 17 aprel 2023-cü il tarixdə Bərdə şəhəri B.Hacıyev küçəsində Bərdə rayon X5 Axtarış Bölməsinin polis əməkdaşları xidmətdə olan zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş və Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər. O, isə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları nizam intizama dəvət edərək İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmasını və ictimai əsayişi pozduğunu bildirmişlər. Lakin həmin o, polis əməkdaşlarına qarşı əl–qol hərəkətləri edərək qaçaraq həmin ərazidən uzaqlaşmaq istəmişdir. İçkili olduğundan aqressiv olmuşdur. Bu zaman şəxs polis əməkdaşları tərəfindən tutularaq polis bölməsinə gətirilmişdir. Barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün izahatı və protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 18 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs Bərdə şəhəri B.Hacıyev küçəsində uca səslə nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran haldır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İş materiallarından müəyyən olunur ki, Şəxs 17 aprel 2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 17 aprel 2023-cü il tarixdən saat 22:43-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar