Məhkəmə qərarları › İş №3(021)-777/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-777/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-777/2023 10.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X4 məhkəməyə şikayət verərək inzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi rəis müavini X9 tərəfindən tərtib edilmiş 23 mart 2023-cü il tarixli, 01400/02357 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X1 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin şikayətçi və qərar qəbul etmiş orqanın nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayəti və işdə olan materialları nəzərədən keçirib hesab edir ki, X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilsə də, nümayəndəsi məhkəmə gəlməmiş, şikayətə baxılması ilə əlaqədar 23 mart 2023-cü il tarixli, 01400/02357 saylı inzibati tənbeh vermə haqqında qərarla bağlı materiallar məhkəməyə təqdim olunmamış, şikayətə münasibət bildirilməmişdir. Baxmayaraq ki, məhkəmə həmin sənədləri rəsmi qaydada istəmişdir. X2 şikayətin inzibati xəta haqqında qərardan əlavə hər hansı sübut-həmin qərarın ona çatdırılması barədə poçt qəbzi, müvafiq bəyannamələri əlavə etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 23 mart 2023-cü il tarixli 01400/02357 saylı qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə verilən şikayətin araşdırılması üçün hər hansı bir sənədə istinad edə bilmədiyindən bu qənaətə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 23 mart 2023-cü il tarixli 01400/02357 saylı qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qəbul olunmuş qərardan şikayət verilə bilməz. Hаkim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar