Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-778/2023 05.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babık Vaqif oğlunun katibliyi, X1nun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X7nin nümayəndəsi X6 iştirakları ilə, MÜƏYYƏNETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X4 Xidməti Qarabağ Regonal şöbəsinin xx.xx.2023-cü il tarixli MN No ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına Əsasən İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X1 məhkəməyə ərizə verərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X4 Xidməti Qarabağ Regonal şöbəsinin xx.xx.2023-cü il tarixli İXP №1497923 saylı protokol ve xx.xx.2023-cü il tarixli MN №-1065900 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Daha sonra ərizə verərək Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X7nin MN No ******* saylı xx.xx.2023-cü il tarixli Qərarından şikayət müddətinin üzürlü hesab edilərək şikayət müddətinin bərpa edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(021)778/2023 saylı qərardadı ilə müddətinin bərpa edilməsinə dair ərizə təmin olunmamışdır. X1 məhkəmə iclasında şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X7nin nümayəndəsi X9 şikayətin təmin olunmamasını xahiş etdi. Belə ki, iş materiallarından müəyyən olunur ki, məhkəmə tərəfindən "xxxx" MMC-nin Bərdə Poçt filialına sorğu verilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidməti X7 tərəfindən X3 barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ünvan 1 ünvanına göndərilməsinə dair reyestr sənədin Bərdə rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuş, sorğuya cavab olaraq cavab olaraq reyestr sənədi göndərilərək, bildirilmişdir ki, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi yanında X4 xidməti X7 tərəfindən Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi 4 saylı evdə yaşayan X2 adına ünvanlanmış SS833445035AZ saylı məktubu xx.xx.2023-cü il tarixdə imza edilərək verilmişdir. Ərizə və şikayətə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidməti X7 tərəfindən X3 barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, X2 həmin qərarından xəbəri olmuş, lakin heç bir üzürlü səbəb olmadan şikayət verməmiş və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X7nin xx.xx.2023-cü il tarixli MN №-1065900 saylı saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardan qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-778/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-778/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver