Məhkəmə qərarları › İş №3(021)-779/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-779/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-779/2021 27.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 oğlunun vermiş olduğu şikayətə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X5 oğlu ərizə verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarının məhkəmə nəzarəti qaydasında ləğv edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə 50 manat cərimə edilmişdir. Həmin qərarda göstərilən inzibati xəta onun tərəfindən törədilməmişdir. Belə ki, qərarda qeyd olunan avtomobil 1 ildir ki, istifadə etmir. Sadəcə olaraq axırıncı etibarnamə onun adına olduğundan inzibati xəta haqqında protokollar onun adına tərtib olunmuşdur. Hesab edirki, barəsində tərtib olunmuş protokol əsassızdır. Məhkəmə iclasında X5 oğlu ərizəsinə uyğun izahat verərək, qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə, X2 dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq hesab edir ki, X5 oğlu tərəfindən verilmiş şikayət təmin edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.0.10. bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.0.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarından görünür ki, 29.05.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törədildiyinə görə Range Rover minik markalı, AZ 99 PC254 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilinin istifadəçisi X5 oğlu barəsində 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan sənədlər isə görünür ki, "xxxx" ASC “Azadliq” Filialına məxsus Range Rover minik markalı, AZ99 PC254 nömrəli dövlət qeydiyyat nişanlı avtomobili X5 oğluna 10.03.2020-ci il tarixdən 17.03.2020-ci il tarixə kimi, 31.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixə kimi, 11.05.2021-ci il tarixdən 13.05.2021-ci il tarixə, 02.05.2021-ci il tarixdən 04.05.2021-ci il tarixə, 11.04.2021-ci il tarixdən 13.04.2021-ci il tarixə kimi, 07.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixə kimi, 27.03.2021-ci il tarixdən 29.03.2021-ci il tarixə kimi 21.03.2021-ci l tarixdən 23.03.2021-ci il tarixə kimi, 25.02.2021ci il tarixdən 27.02.2021-ci tarixə kimi idarə edilməsi etibar edilmişdir. Beləliklə məhhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarında göstərilən inzibati xəta hadisəsi Range Rover minik markalı, AZ99 PC254 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin X5 oğluna etibar edildiyi müddətdə baş vermədiyindən, həmçinin qərarda qeyd olunan inzibati xətanın X5 oğlu tərəfindən törədildiyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarı ləğv edilməli, X5 oğlu barəsində İXM-in 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İXM -nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ : X5 oğlunun şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarı ləğv edilsin. X4 barəsində İXM-in 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar