Məhkəmə qərarları › İş №3(021)-78/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-78/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-78/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi, Bərdə RPŞ-nin sahə rəisi X11 oğlunun, zərrəçəkmiş şəxs Behbudova Əsli Abusəməd qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 iştirаkları ilə, 06.01.1969-cu ildə Bərdə rayon Qazıqurdalı kəndində anadan olmuş, Bərdə rayon Qazıqurdalı kəndində yaşayan X13 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokoldan müəyyən olunur ki, X13 28.11.2019-cu il tarixdə Bərdə rayon Lək kəndində qeyri-rəsmi yaşadığı X2 döyərək, sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin sahə rəisi X11 oğlu bildirdi ki, X13 15.04.2020-ci il tarixdə saat 21:30 radələrində Bərdə rayon Qazıqurdalı kəndində Behbudova Əsli Abusəməd qızını döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 məhkəmədə izahat verərək bildirdi ki, Behbudova Əsli Abusəməd qızını döyməmişdir. Məhkəmə iclasında zərrəçəkmiş şəxs Behbudova Əsli Abusəməd qızına qızı izahat verərək bildirdi ki, X13 onu döymüşdür. Şikayətçidir. X13 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 19.12.2019-cu il tarixli qərardan görünür ki, X1 döyülməsi barədə müraciəti əsasında toplanmış HK- 1-3444, 3463 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Həmçinin həmin qərardan görünür ki, məhkəmə tibbi- ekspertizasının 29.11.2019cu il tarixli 965 nömrəli rəyindən görünür ki, Behbudova Əsli Abusəməd qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə qeyd edir ki, X10 əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X13 barəsində inzibati tənbeh hesab edilən cərimə tətbiq edilməlidir. X12 inzibati cərimə tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə X10 törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla hesab edir ki, ona Azərbaycan Respublikası İXM- nın 157- cu maddəsində nəzərdə tutulan inzibati cərimə tənbehi verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, QƏRAR VERDİ: X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, bаrəsində 500 (beş yüz) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, zərəçəkmiş şəxsə və Bərdə rayon Polis Şöbəsinə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar