Məhkəmə qərarları › İş №3(021)-78/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-78/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-78/2025 13.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, X1 xx.xx.2025-ci il tarixli EQ25774050 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25774050 nömrəli inzibati xəta haqqında elektron qərarına əsasən X2 Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X2 məhkəməyə şikayət verərək AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025ci il tarixli EQ25774050 nömrəli inzibati xəta haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, inzibati iş aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndəlilməlidir. İnzibati iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ25774050 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, protokol Xızı rayonunda tərtib edilmişdir. Belə olan halda iş materiallarından, eləcə də hüquq pozuntusunun xüsusiyyətindən də görünür ki, inzibati xəta Xızı rayonunda törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair“ 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göründüyü kimi təsvir olunan hazırki inzibatı xətanın faktiki törədildiyi yer Xızı rayonudur. X2 da verdiyi şikayəti üzrə inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması ilə bağlı məhkəməyə vəsatətlə müraciət etməmişdir. Beləliklə AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25774050 nömrəli inzibati xəta haqqında elektron qərarından X1 vermiş olduğu şikayətə aidiyyəti üzrə Xızı Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci, 110-cu, 112.4-cü və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25774050 nömrəli inzibati xəta haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilsin. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar