Məhkəmə qərarları › İş №3(021)-783/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-783/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-783/2021 03.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs İnzibati xəta törətmiş şəxsin vəkili X6 Zərərçəkmiş şəxs X4 iştirakı ilə xx xxxx 1996-cı ildə Bərdə rayonu Qarayusifli kəndində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə rayonu Qarayusifli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 19 may 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində “Çinqozun dairəsi” adlanan ərazidə X5 aldadaraq 100 manat pulunu talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 19 may 2021-ci ildə X9 şəhərindən ot kipi gətirmək üçün fəhlə lazım olduğunu bildirmiş, sonuncuya fəhlə tapacağını bildirmişdir. Etibar Şadmanovdan beh kimi 20 manat pul almışdır. Lakin fəhlə tapa bilməmiş, aldığı 20 manat pulu Etibar Şadmanova qaytarmamışdır. Bu gün yəni 03 avqust 2021-ci ildə saat 1100-da polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərmişdir ki, 19.05.2021-ci il tarixdə aldığı yonca kipini sahədən yığıb məhləsinə aparmaq üçün fəhlə axtarmış, lakin tapmamış ona görə də “Çinqoz” deyilən yerə getmiş, təsadüfən Süleyman adlı şəxslə qarşılaşmış, sonuncuya fəhlə lazm olduğunu dedişdir. Şəxs fəhlə tapacağını deyib bir neçə adama zəng etmiş və fəhlə tapdığını demişdir. Sonuncu ondan beh istəmiş özü də ona 100 manat beh vermişdir. Fəhlələr gəlincə maşın gətirmək üçün getmiş, təxminən 30 dəqiqədən sonra maşınla həmin yerə qayıtmışdır. Lakin Şəxs orada tapmamış, zəng etmiş telefonu bağlamışdır. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X2 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 29 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X3 ərizəsi əsasında toplanmış HK-1-1610 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTBnə təqdim olunmuşdur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında MN ******* saylı protokol və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 03 avqust 2021-ci ildə saat 1100-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 03 avqust 2021-ci il tarixdən saat 1100-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 01(bir) ay müddətə inzibati tənbeh növündə həbs edilsin. İnzibati həbs etmənin əvvəli 03 avqust 2021-ci il tarixdən saat 1100-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar