Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-783/2023 08.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin nümayəndələri X2 və X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin 10 aprel 2023-cü il tarixli, MN № ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X9 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin 10 aprel 2023-cü il tarixli, MN ******* qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsi rəisi X7 tərəfindən 10 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsi rəisi X7 tərəfindən 10 noyabr 2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, o, "Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC-nin istifadəsində olan dövlət mülkiyyətli torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının qanunsuz kəsilməsində iştirak etmiş" və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə fiziki şəxs qismində 2.000 (iki min) manat cərimə edilmişdir. Bundan sonra sözügedən qərarın ləğv edilməsi ilə bağlı Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, vəzifəli şəxsin inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilmiş və barəsində toplanılmış material inzinbati xəta haqqında protokol tərtib etmiş orqana qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 təbii sərvətlər idarəsinin MN No ******* saylı 10 noyabr 2022-ci il tarixli qərarı qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii sərvətlər İdarəsinin rəisi X7 tərəfindən 10 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Belə ki, o, Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC-nin istifadəsində olan dövlət mülkiyyəti torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının qanunsuz kəsilməsində iştirak etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə fiziki şəxs qismində 2.000 (iki min) manat cərimə edilmişdir. Lakin qərar etibarsızdır. Şöbənin vəzifəli şəxslərinin qanunsuz qərar qəbul etməklə onun fiziki şəxs qismində 2.000 manat cərimə edilməyi, bununla da, hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 saylı X13 Təbii sərvətlər idarəsinin vəzifəli şəxsi məhkəmənin qeyd olunan qərarından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, məhkəmə qərarının ləğv edilməsini və inzibati tənbeh tətbiqetmə haqqında 10 saylı RETS idarəsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-107/2023 saylı qərarı ilə X5 barəsində Azərbaycan Respublikas İXM-nin 253.2- ci maddəsi ilə olan inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarından 10 saylı X13 Təbii sərvətlər idarəsinin vəzifəli şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 3(021)-1541/2022 saylı qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ancaq buna baxmayaraq yenidən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsi rəisi X16 tərəfindən 10 aprel 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, "Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC- nin istifadəsində olan dövlət mülkiyyətli torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının qanunsuz kəsilməsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-107/2023 saylı qərarı ilə yenidən araşdırılmış və yazılanlar öz əksini tapmışdır" və bu səbəbdən də o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə fiziki şəxs qismində 2.000 (iki min) manat cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsi rəisi X16 tərəfindən 10 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında tərtib edilmiş qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz qərar qəbul etməklə fiziki şəxs qismində 2.000 manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, birinci növbədə sözügedən iş ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. İş üzrə isə bildirir ki, o, fəhlə işləyir. xx.xx.2022-ci il tarixdə Bərdə rayonu 588 saylı qəsəbə bina 10 mənzil 7-də yaşayan Muradov Oktay adlı şəxs ona bildirdi ki, Bərdə rayon "Taxta- Şalban" Bazarı adlı yerdə taxta satır. Bu səbəbdən də Naftalan şəhərində yerləşən sonradan adını bildiyi "xxxx" MMC-nin həyətində olan quru ağacların kəsilməsi üçün icazə almışdır. O digər bir nəfər fəhlə ilə həmin ağacları kəsmək üçün Muradov Oktayla birlikdə Naftalan şəhərinə getmişlər. Ağacları kəsən zaman isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək onlara bildirdilər ki, sözügedən ağacların kəsilməsi üçün heç bir icazə alınmayıb. Bu səbəbdən də onları 2.000 manat dəyərində cərimələdilər. Hansı ki, yuxarıda da qeyd etdiyi kimi onların sözgedən işlə bağlı heç bir aidiyyəti olmamış Oktay Muradovun tapşırığı əsasında işlərini həyata keçirmişlər. X18 ağacları qanunsuz kəsməsi barədə məlulamatı olmayıb və ancaq fəhlə kimi işimi görüb, bunun müqabilində haqqını almışdır. Protokolu və qərarı tərtib etmiş əməkdaşlar da məsələyə qeyri-obyektiv və birtərəfli yanaşaraq, bu sənədlər əsasında da hazırda mübahisələndirdiyimiz inzibati xəta üzrə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında şikayətçi X9 şikayətində göstərilənlərə uyğun izahat verərək, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin 10 aprel 2023-cü il tarixli, MN ******* qərarının ləğv edilməsini xahiş etdi. O bildirdi ki, o öz təşəbbüsü ilə ağac kəsməyib, Oktay ona göstəriş verib. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 şikayıtin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 şikayıtin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirdi ki, Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC- nin istifadəsində olan dövlət mülkiyyətli torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının kəsilməsi ilə bağlı X6 göstərişi o vermişdir. Ona isə göstərişi Naftalanda Vüsal adlı şəxs vermişdir. Vüsal adlı şəxsə isə həmin ağacların kəsilməsinə Naftalan Rayon Polis Şöbəsinin rəisi icazə vermişdir. Rizvan həmin ağacları özbaşına kəsməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin 10 aprel 2023-cü il tarixli, MN ******* qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin 10 aprel 2023-cü il tarixli, MN ******* qərarından görünür ki, X9 tərəfindən Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC- nin istifadəsində olan dövlət mülkiyyətli torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının qanunsuz kəsilməsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-107/2023 saylı qərarı ilə yenidən araşdırılmış və yazılanlar öz əksini tapmışdır və bu səbəbdən də o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə fiziki şəxs qismində 2.000 (iki min) manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirir ki, Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC- nin istifadəsində olan dövlət mülkiyyətli torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının kəsilməsi ilə bağlı X6 göstərişi o vermişdir. Ona isə göstərişi Naftalanda Vüsal adlı şəxs vermişdir. Vüsal adlı şəxsə isə həmin ağacların kəsilməsinə Naftalan Rayon Polis Şöbəsinin rəisi icazə vermişdir. Rizvan həmin ağacları özbaşına kəsməmişdir. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir: Məhkəmə qeyd edir ki, bütün qeyd edilən bu hallar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X5 əməlinə hüquqi qiymət verilməlidir. Yalnız bütün məqamlar araşdırıldıqdan sonra X5 İXM-in 253.2ci maddəsində nəzərdə tutulmuş əməli həqiqətən törədib-törətmədiyi, onun hansı dərəcədə təqsirli olması müəyyən edilə bilər. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin 10 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinə qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Odur ki, məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin 10 aprel 2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinin 10 aprel 2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı X13 Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-783/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-783/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver