Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-785/2021 19.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1999-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon Gəncə küçəsi ev qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlu İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 02 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu 02 avqust 2021-ci il tarixdə Mercedes Benz E350 minik markalı, 99MT456 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.9 -cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bərdə Rayon Polis Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 02 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs oğlunun məsuliyyətini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu İXM-in 342.9–cu maddəsinin sanksiyası çərçivəsində inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs oğlu oğlu İXM-in 342.9-cu maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 26-cı maddəsinə əsasən inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş əşyanın müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. ədrlik edən: imza var Əsli ilə düzdür
Məhkəmə qərarları › İş №3(021)-785/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-785/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver