Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-785/2023 26.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Bərdə rayon X5 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 13 may 1953-cü il tarixdə Goranboy rayonunda doğulmuş, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаları törətməsinə dair Bərdə rayon Polis Şöbəsində 23 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclаsındа Bərdə rayon X5 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X3 izahatında bildirmişdir ki, 23 aprel 2023-cü il tarixdə saat 11:40 radələrində “Mercedes” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman sola dönmə işığını vurub saxlamışdır ki, qarşı zolaqda hərəkətdə olan avtomobillər keçdikdən sonra sola, yəni Komsomol küçəsinə dönsün. Bu zaman dayanmış vəziyyətdə olan Şəxs məxsus “Vaz 21053” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətə başlayaraq “Mercedes” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ yan hissəsindən vuraraq toqquşmuşdur. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək izahatında göstərdi ki, 23 aprel 2023-cü il tarixdə saat 11:40 radələrində idarə etdiyi “Vaz 21053” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə şəhəri, H.Əliyev prospektində saxlayıb yol soruşduqdan sonra hərəkətə başlamışdır. Bu zaman qarşı zolaqla hərəkətdə olan “Mercedes” markalı **-LA- *** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmək üçün hərəkətə başlamışdır. Həmin avtomobili arxa yan sağ tərəfdən toqquşaraq zərərçəkmiş şəxs X2 maddi zərər vurmasına səbəb olmuşdur. O, hazırda əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən barəsində mümkün qədər yüngül tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X4 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak etməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsində tərtib edilmiş 23 aprel 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında prоtоkоldan görünür ki, Şəxs 23 aprel 2023-cü il tarixdə saat 11:40 radələrində “Mercedes” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman sola dönmə işığını vurub saxlamışdır ki, qarşı zolaqda hərəkətdə olan avtomobillər keçdikdən sonra sola, yəni Komsomol küçəsinə dönsün. Bu zaman dayanmış vəziyyətdə olan Şəxs məxsus “Vaz 21053” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətə başlayaraq “Mercedes” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ yan hissəsindən vuraraq toqquşmuşdur. Bundan sonra onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 23 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 23 aprel 2023-cü il tarixli, № 420 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, X2 alkoqol sərxoşluq vəziyyəti yoxdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 23 aprel 2023-cü il tarixli, № 419 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 23 aprel 2023-cü il tarixdə saat 11:40 radələrində “Mercedes” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman sola dönmə işığını vurub saxlamışdır ki, qarşı zolaqda hərəkətdə olan avtomobillər keçdikdən sonra sola, yəni Komsomol küçəsinə dönsün. Bu zaman dayanmış vəziyyətdə olan Şəxs məxsus “Vaz 21053” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətə başlayaraq “Mercedes” markalı **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ yan hissəsindən toqquşaraq zərərçəkmiş şəxs X2 maddi zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iş üzrə protokol tərtib edən şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilməklə təqsirli bilinməli və və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirli bilinib, barəsində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsi ilə barəsində 400 (dörd yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Gəncə şəhər Polis İdarəsinə və Gəncə şəhər İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-785/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-785/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver