Məhkəmə qərarları › İş №3(021)-785/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-785/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-785/2024 07.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X6, iştirakları ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin 16 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə X8 barəsində olan inzibati xəta haqqında 16 iyul 2024cü il tarixli, MN ******* saylı qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X10 tərəfindən Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində çalışan X4 əmək müqaviləsinin ƏMAS-a gec daxil edilməsi səbəbi ilə 05 iyul 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və onun əssında 16 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə yazılmışdır. X1 ilə işə qəbul olduğu tarixdən (xx.xx.2024-cü il) əmək müqaviləsi bağlanmışdır və əmək müqaviləsinin elektron bildirişi sistemə daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə olunmaq ilə bağlı X11 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş 16 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X13 iş yükünün çoxluğu, eyni zamanda internet keyfiyyətinin aşağ olması səbəbindən sözügedən şəxsin əmək müqaviləsi barədə bildirişin sistemə gec daxil edildiyini bildirmişdir. Hesab edir ki, üzrlü səbəblərdən vaxtında daxil edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə hazırki işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 16 iyul 2024-cü il tarixli MN ******* saylı qərardan görünür ki, X2 əmək müqaviləsi bildirişində əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2024-cü ildə qeyd edilib, lakin əmək müqaviləsi bildirişi ƏMAS-a xx.xx.2024-cü il tarixdə daxil edilib. Beləliklə Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə proses iştiraçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi qurumun İXM-nin 192.1-ci maddəsi ilə təqsiri səlahiyyətli orqanın nümayəndəsinin qismən etirafı və iş materiallarına əsasən müəyyən olunur. İnzibati xəta haqqında qərarın isə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin 05 iyul 2024-cü il tarixli 3-17-5/2-43248/2024 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin 05 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 16 iyul 2024-cü il tarixdə saat 12:00 təyin olunmuşdur. Qeyd olunan tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X11 Xidmətinin Qarabağ Regional şöbəsinə dəvət olunmuşdur. Onların və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməkləri və onlarda olan bütün sübutların təqdim olunması təklif olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin 05 iyul 2024-cü il tarixli 3-17-5/2-43241/2024 nömrəli məktubundan görünür ki, Ağdam rayon Zəngişalı kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu Kərimbəyli kəndində faktiki yaşayan X3 əmək müqaviləsinin ƏMAS-a gec daxil edilməsi, müddətli əmək müqaviləsinə xitam verilməklə məzuniyyət təminatı hüququqnun pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanladığı şikayət ərizəsinə Xidmətin Qarabağ regional şöbəsində tərəflərindən baxılmışdır. Şikayət ərizəsinin araşdırılması zamanı Qarabağ Regional Təhsil idarəsindən şöbəyə təqdim edilmiş məktub və sənədlərə baxılmış və müəyyən olunmuşdur ki, şikayətçi S.Quliyevanın əmək müqaviləsi bildirişində əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2024- cü il qeyd edilmiş, lakin əmək müqaviləsi bildirişi xx.xx.2024cü il tarixdə sistemə daxil edilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Bu səbəbdən, tərəflərindən AR Əmək Məcəlləsinin 7-ci, 44-cü və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məqktəbəqədər və Ümumi Təhsil üzrə X12 Regional Təhsil İdarəsinin 13 may 2024-cü il tarixli 3-29-38/3-1-215K/2024 saylı əmrdən görünür ki, X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci madəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 13 may 2024-cü il tarixdən Füzuli və Xocavənd rayonları üzrə mərkəzləşdirilmiş mühasibatlıq qrupu üzrə mühasib vəzifəsindən azad olunmuş və onun əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məqktəbəqədər və ümumi Təhsil üzrə X12 Regional Təhsil İdarəsinin 13 may 2024-cü il tarixli 3-29-38/3-1-225K/2024 saylı əmrdən görünür ki, X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci madəsinin “f” bəndinə əsasən 13 may 2024-cü il tarixdən 03 ay müdətinə Füzuli və Xocavənd rayonları üzrə mərkəzləşdirilmiş mühasibatlıq qrupu üzrə mühasib vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi 5244HCU00040 saylı bildirişindən görünür ki, Səbinə Quliyevanın əmək müqaviləsi bildirişində əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2024- cü il qeyd edilmiş, lakin əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məqktəbəqədər və Ümumi Təhsil üzrə X12 Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən X17 (işəgötürən) ilə X7 (işçi) arasında bağlanmış 13 may 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi bağlanmışdır. İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 6.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 136-cı maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin 16 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar