Məhkəmə qərarları › İş №3(021)-787/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-787/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-787/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 20 iyun 2021-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə X3 80 manat dəyərində akkumulyatorunu oğurlamışdır . Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsində Məmmədov Vüsala məxsus avtomaşından 01 ədəd maqnitafon, səs gücləndirici, drel və bir ədəd montaj ütüsünü oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 22 iyun 2021-ci il tarixdə X4 yaşadığı evinin həyətindən 50 manat dəyərində lövhəni və digər metal əşyaları oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində Vaz 2106 markalı avtomobildən akkumulyator oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 11 iyun 2021-ci il tarixdə X1 evinin həyətindən lambrini və Orsk markalı soyuducunun mühərikini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində Əhmədo İngilaba məxsus avtomobildən bir ədəd akkumulyator oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 09 iyul 2021-ci il tarixdə Cəfərov Toğrul İlqar oğlunun yaşadığı evin həyətində 03 (üç) ədəd su motoru, bir ədəd manqal, bir ədəd qidrofon, bir ədəd su krantını və bir ədəd su qızdırıcı oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-786/2021 saylı, 3(021)-787/2021 saylı, 3(021)- 788/2021 saylı, 3(021)-789/2021 saylı, 3(021)-790/2021 saylı, 3(021)-791/2021 saylı, inzibati işlər 3(021)-792/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 04 avqust 2021-ci il tarixdə saat 15:55-də Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar