Məhkəmə qərarları › İş №3(021)-788/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-788/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-788/2022 09.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, X5 iştirakı ilə, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X5 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Qida X2 regional bölməsinin Qida Təhlükəsizliyinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından müəyyən olunur ki, X10 Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X10 məhkəməyə şikayət verərək inzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Azərbaycan Respublikası Qida X2 regional bölməsinin rəisi X6 tərəfindən inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, X7 23 may 2022-ci il tarixli, MN № ******* saylı, “İnzibati tənbeh vermə haqqında qərarı” ilə Azərbaycan Respublikasının İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində qəbul olunmuş qərar məhkəmə qaydasında ləğv edilməli və başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməlidr. Belə ki, qeyd edilən qərarda buna əsas kimi göstərilmişdir ki, “ət satışı mağazasında baytarlıq baxışından keçirilməyən heyvan mənşəli məhsulların istehsalı və satışı” faktı əsasında inzibati xəta törətmişdir. Sözügedən ərazini atası X11 icarəyə götürüb işlədir. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları, iştirakları olmadan obyektə baxış keçirmiş və əsassız olaraq inzibati qaydada cərimə tənbehi haqqında qərar qəbul etmişlər. Hansı ki, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları baxış keçirərkən kəsilmiş ətlər 1 gün öncə onların icazəsi əsasında kəsilmiş ətlər olmuşdur. İXMnin 1.3.-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 8-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Buradan belə nəticəyə gəlir ki, onun hazırkı maddə ilə təqsirli bilinməsi və cəzalandırılması qanun tələblərinə ziddir. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, ət dükanı ona məxsus deyil atasına məxsusdur. Onun barəsində qərar verilə bilməz. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, X9 işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qida X2 regional bölməsinin rəisi X3 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, ət satışı mağazasında baytarlıq baxışından keçirilməyən heyvan mənşəli məhsulların istehsalı və satışı faktına görə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2ci maddəsi ilə əqsirli bilinib və 600 manat məbləğində cərimə olunması qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun qaydada qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilmiş obyektin kimə məxsusluğu müyyən edilməmiş və inzibati xəta hadisəsinə yol vermiş şəxs baxışda iştirakı təmin edilməmişdir. X8 Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə tətbiq olunmuşdur. Həmin maddənin sanksiyası isə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir kimi qeyd olunmuşdur. Y.Əmrahova isə vəzifəli şəxş kimi 600 manat cərimə tətbiq olunmuşdur. Lakin onun vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması hansı bir sənədlə sübut olunmur. Belə ki, onun vergi ödəyicisi olması araşdırma predmeti olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilir ki, X5 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, inzibati məsuliyyətə cəlb olunmuş vəzifəli şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını heç bir mötəbər sübutlarla sübuta yetirməmişdir. Azərbaycan respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 vermiş olduğu şikayət təmin edilsin. X10 barəsində Azərbaycan Respublikası Qida X2 regional bölməsinin inzibati xəta haqqında 23 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar