Məhkəmə qərarları › İş №3(021)-788/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-788/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-788/2023 28.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X4, zərərçəkmiş şəxslər Bərdə Rayon Polis Şöbəsinin polis əməkdaşları X2 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Laçın rayonunda anadan olmuş, Laçın rayon Hacıxanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayon Kələntərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 28 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə DYPB-nin inzibati binasında nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblətinə tabe olmamış və iş rejimini pozmuşdur. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin DYPB-nin inzibati binasında xidməti otağa bir nəfər şəxs gələrək, səbəbsiz olaraq ünvansız nalayiq ifadələr işlətmiş, söyüşlər və təhqirlər etməyə başlamışdır. Həmin vaxt orada olan X2 və X1 ünvanına söyüş və təhqirlərini söyməyə davam etmişdir. Onlar onu nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Onlar həmin şəxsi RPŞ-nə gətirmişlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində potokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə Rayon Polis X10 Polisi Bölməsinin inzibati binasına içkili vəziyyətdə gələrək nalayiq ifadələr, ünvanlı və ünvansız təhqirlər və söyüşlər işlətmişdir. Həmin vaxt içkili olduğundan və əsəbi olduğundan özündə olmamışdır. Bu səbəbdən polis əməkdaşları onu dəfələrlə sakitləşdirməyə çalışsalar da, əsəbi olduğundan onlarla aralarında mübahisə yaranmış, əl-qol hərəkətləri edərək oradan qaçmağa çalışsa da, onların tələbinə tabe olmamışdır. Daha sonra, polis əməkdaşları tərəfindən poliş şöbəsinə gətirilmişdir. Etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasının nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Bərdə RPŞ- nin DYP-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin DYPB-nin inzibati binasında xidməti otağa bir nəfər şəxs gələrək, səbəbsiz olaraq ünvansız nalayiq ifadələr işlətmiş, söyüşlər və təhqirlər etməyə başlamışdır. Belə ki, həmin vaxt orada olan Əbdül Seyidovun və onun ünvanına söyüş və təhqirlərini söyməyə davam etmişdir. Onlar onu nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışsalar da, o, qanuni tələblərinə tabe olmayaraq, öz nizamsız hərəklərinə davam etdirməyə, aqresiv və əsəbi formada "maa neyniyə bilərsiz əəə..", "ağıllı olun.." və s. ifadələrini işlətmişdir. Həmin şəxs DYPB-nin inzibati binasını iş fəaliyyətini pozmağa, onaların qanuni tələblərinə tabe olmayaraq, əl-qol hərəkləri etməklə edilən xəbərdarlıqlara məhəl qoymayaraq oradan qaçmaq istəmişdir. Daha sonra onu rayon polis şöbəsinə dəvət etsələr də, narazı olaraq gəlməkdən imtina etmiş, tərəflərindən Bərdə Rayon Polis Şöbəsinə aparılması təmin olunmuşdur. Polis şöbəsinə gətirilən zaman həmin şəxsin rayon, Kələntərli qəsəbəsində yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Bərdə RPŞ- nin TH-nin polis nəfəri X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin DYPB-nin inzibati binasında xidməti otağa bir nəfər şəxs gələrək, səbəbsiz olaraq ünvansız nalayiq ifadələr işlətmiş, söyüşlər və təhqirlər etməyə başlamışdır. Belə ki, həmin vaxt orada olan Qorxmaz Abbasovun və onun ünvanına söyüş və təhqirlərini söyməyə davam etmişdir. Onlar onu nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışsalar da, o, qanuni tələblərinə tabe olmayaraq, öz nizamsız hərəklərinə davam etdirməyə, aqresiv və əsəbi formada "maa neyniyə bilərsiz əəə..", "ağıllı olun.." və s. ifadələrini işlətmişdir. Həmin şəxs DYPB-nin inzibati binasını iş fəaliyyətini pozmağa, onaların qanuni tələblərinə tabe olmayaraq, əl-qol hərəkləri etməklə edilən xəbərdarlıqlara məhəl qoymayaraq oradan qaçmaq istəmişdir. Daha sonra onu rayon polis şöbəsinə dəvət etsələr də, narazı olaraq gəlməkdən imtina etmiş, tərəflərindən Bərdə Rayon Polis Şöbəsinə aparılması təmin olunmuşdur. Polis şöbəsinə gətirilən zaman həmin şəxsin rayon, Kələntərli qəsəbəsində yaşayan Şəxs olduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə DYPB-nin inzibati binasında nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblətinə tabe olmamış və iş rejimini pozmuşdur. İşdə olan xx.xx.2023-cü il trixli qərardan görünür ki, X6 inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan xx.xx.2023-cü il trixli qərardan görünür ki, X5 inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 112,114, 115, 117 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 aprel 2023-cü il tarixdən, saat 13:00–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar