Məhkəmə qərarları › İş №3(021)-788/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-788/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-788/2024 31.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bərdə rayonu Hüseynalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Qaradırnaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(021)-3019/2022 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X6 1580 (bir min beş yüz səksən) manat məbləğində aliment borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən tələbkar X6 hər ay bir uşağın saxlanılması üçün 160 manat məbləğində aliment ödəməlidir. Heç bir yerdə işləmir, aliment borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Aliment borcunu hissə-hissə ödəyə bilər. Ona vaxt verilərsə axşama qədər 200 manat məbləğində aliment ödəyə bilər. Aliment borcunu ödəmədiyinə görə xx.xx.2023-cü ildə inzibati məsuliyyətə cəld edilmiş və barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borcunu ödəmədiyindən 31 iyul 2024-cü il tarixdə saat 1555 radələrində Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X9 göstərdi ki, Bərdə Rayon Məhkəməsnin 11 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 160 manat məbləğində aliment alınaraq ona verilməlidir. Şəxs hazırda 1580 manat məbləğində aliment borcu var. Uşaq xəstədir, müalicəyə ehtiyacı var. Şəxs sonuncu dəfə 100 manat məbləğində aliment ödəmişdir. Alimentin tam ödənilməsini, ödənilmədiyi halda Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Bərdə Rayon Məhkəməsnin 11 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs hər ay 160 manat məbləğində aliment tutularaq tələbkar X6 verilməlidir. Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq yenə də aliment borcunu ödəməkdən yayınmışdır. Sonuncunun hazırda 1580 manat məbləğində aliment borcu var. Şəxs aliment borcunu ödəmədiyindən 31 iyul 2024cü il tarixdə saat 1555-də Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(021)-3019/2022 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, 02 oktyabr 2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(021)-1585/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 160 (yüz altmış) manat məbləğində müəyyən edilməklə cavabdeh Şəxs alınaraq X3 xeyrinə ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbi təmin edildiyindən 39.20 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 3(021)-1546/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 31 iyul 2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 160 manat məbləğində aliment tutularaq tələbkar X7 ödənilməli olduğu halda, borclu borcunu ödəməmiş, icra sənədi üzrə ödənilməmiş qalan cəmi 1580 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Borclu aliment borcunu ödəmədiyindən Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində inzibati tədbir görülməsinə baxmayaraq il ərzində təkrarən qeyd olunan inzibati xətanı törətmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmış, tələbkar X5 hüquqları pozulmuş, bu isə çoxsaylı şikayətlərə səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədi üzrə ödənilməyən məbləğin 1580 manat olmaqla, kifayət qədər çox olmasını nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 31 iyul 2024-cü ildə saat 1555-də tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 31 iyul 2024-cü il saat 1555-dən hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati həbsə alınsın. Həbs etmənin əvvəli 31 iyul 2024-cü il tаrixdən sааt 1555-dən hesablansın. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, protokol tərtib edən şəxsə və icra işi üzrə tələbkara göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar