Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-789/2023 08.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, X1 vəkili X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş vermiş olduğu şikayətə açiq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və bununla bağlı büün məhdudiyyətlərin götürülməsini xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş X10 İdarəsinin idarəsinin BMW markalı 90TZ647 dövlət qeydiyyat nişanlı nəqliyyat vsitəsinə tətbiq etməli olduğu (radar fotosunda həmin maşın düşüb və həmin şəkli ona göndəriblər) Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inziabti tənbeh cəzasını yanlışlıqla ona məxsus FORD FUSİON SEDAN markali 90TZ047 minik avtomobilinin üzərinə tətbiq etməklə onun sürcülük hüququnun əsassız və qanuna zidd olaraq məhdudlaşdırılmasına şərait yaradılmışdır. Dəfələrlə Xətai DYPŞ ilə, DİN 102 xidməti ilə BDYP-nin qaynar xətti ilə əlaqə saxlayaraq buna dair şikayətini bildirmiş olsa da, ancaq hər dəfə ona qərarı Bərdə DYPŞ-nə göndərəcəklərini, həmin orqanın da qərarı rayon məhkəməsinə göndərəcəyini, qərarın məhkəmə qaydasında ləğv ediləcəyini bildirmişdirlər. Lakin 2022 ci ilin 01 fevral tarixindən bu günədək heç bir nəticəsi yoxdur. Nəticədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş EQ8077244 saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında elektron Qərarla ona Azərbaycan Respublikası İXM-nin -nin 329.1 maddəsində nəzərdə tutulan inziabti tənbeh 40 manat məbləində cərimə tətbiqi qüvvdə qalmaqla, təzədən Bakı şəhər Xətai DYP si mənə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin -nin 529.3 cü maddəsi ilə sürcülük hüququnun məhdudlaşdırılması barədə protokol sms göndərir. Barəsində tərtib edilmiş elektorn protokolda və elektron qərarda ona qarşı irəli sürülən inziabti hüquqpozmada özünü təqsirli bilmir və haqqında, BDYP idarəsi tərəfindən tərtib edilmiş EQ8077244 saylı xx.xx.2021-ci il tarixli Qərarın ləğvini əsaslı hesab edir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsassızdır. X1 vəkili X4 şikayətə uyğun izahat verərək, şikayətin təmin olunmasını, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “FORD FUSİON” minik markali 90TZ047 dövlət qeydiyyat nömrə nişanli nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında Elektron qərarından görünür ki, X5 xx.xx.2021-ci il tarixdə saat 16:58 radələrində Sabunçu rayonu Olimpiya Stadionunun yaxınlığı mərkəz istiqamətində “FORD FUSİON” minik markali 90TZ047 dövlət qeydiyyat nömrə nişanli nəqliyyat vasitəsini idarə edərkən yolhərəkət qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinin Web Portalından çıxarılmış görüntüdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:58 radələrində Sabunçu rayonu Olimpiya Stadionunun yaxınlığı mərkəz istiqamətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilən avtomobil- “FORD FUSİON” minik markali 90TZ047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd olunsa da, həmin foto-şəkildən aydın görünür ki, xəta zamanı görüntüsü çəkilən avomobil “FORD FUSİON” minik markali avtomobil olmamışdır. Həmin görüntüdən avtomobilin BMW markalı olduğu görünür və nömrəsi ** TZ *** kimi əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd olunan avtomobil X3 mülkiyyətindədir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinin Web Portalından çıxarılmış görüntüdən görünür ki, həmin qərarın qəbul olunmasına əsas olmuş inzibati xəta törədilən zamanı görüntüsü çəkilən nəqliyyat vasitəsi “FORD FUSİON” minik markali avtomobil olmamışdır. Həmin avtomobil ** TZ *** nömrəli BMW markalı olduğu görünür. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X3 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə həmçinin şikayətin xahiş etdi hissəsində qeyd edilən məhdudiyətlərin götürülməsi ilə bağlı qeyd edir ki, qərar qanuni qüvvəyə mindikdən sonra məhz həmin qərarla bağlı məhdudiyyət özlüyündə götürülmüş olur. Odur ki, hazırkı halda məhdudiyətlərin götürülməsi ilə bağlı müraciətə baxılması hissəsində (belə ki, məhdudiyyətlərin nədən ibarət olması qeyri müəyyən olduğundan) inzibati xətalar çərçivəsində araşdırma predmeti ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində İXM-in 329.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-789/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-789/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver