Məhkəmə qərarları › İş №3(021)-790/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-790/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-790/2022 02.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Tərtər rayon Mamırlı kəndində anadan olmuş, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3, mənzil 45də qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 02 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 02 iyun 2022-ci il tarixdə saat 02:30 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X3 bildirdi ki, 02 iyun 2022ci il tarixdə saat 02:30 radələrində Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Aslan Şükürlü və X9 şəhəri, Ü.Hacıbəyov küçəsində xidmətdə olarkən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3, mənzil 45-də yaşayan Şəxs azyaşlı övladı küçəyə çıxaraq atası Zamiqin sərxoş halda evə gələrək onlarla münaqişə etdiyini bildirmişdir. Polis nəfərləri Aslan Şükürlü və Şahin Əlizadə Şəxs azyaşlı övladını yaşadığı evə apararkən Zamiq küçəyə çıxmış, ünvansız nəlayiq söyüşlər söymüş, onu sakitliyə və nizam inzitama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Tabesizlik göstərdiyinə görə polis əməkdaşları tərəfindən Şəxs Şöbəyə gətirilmiş və saat 02:50-də inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 02 iyun 2022-ci il tarixdə saat 02:30 radələrində içkili olduğundan yaşadığı ünvan 1 ünvansız nəlayiq söyüşlər söymüşdür. Hərəkətlərindən qorxan azyaşlı övladı küçəyə çıxaraq polis əməkdaşlarına bu barədə məlumat vermiş və qorxduğunu bildirmişdir. Uşağının arxasınca ünvansız nəlayiq söyüşlər söyərək küçəyə çıxmış, polis əməkdaşları Aslan Şükürlü və Şahin Əlizadə ona yaxınlaşaraq onu sakitliyə və nizam intizama dəvət etmiş, lakin içkili olduğundan polisin qanuni tələblərinə tabeçilik göstərməmişdir. Buna görə də polis şöbəsinə gətirilmiş, orda da hərəkətlərini davam etdirdiyindən polis əməkdaşları barəsində protokol tərtib etmişlər. Hazırda əməlindən peşmandır. Bu hərəkətlərə içkili halda yol verdiyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında X4 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri işləyir. 02 iyun 2022-ci il tarixdə saat 02:30 radələrində Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Şahin Əlizadə ilə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində xidmətdə olarkən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3, mənzil 45-də yaşayan Şəxs azyaşlı övladı küçəyə çıxaraq atası Zamiqin sərxoş halda evə gələrək onlarla münaqişə etdiyini bildirmişdir. Polis nəfəri Şahin Əlizadə ilə birlikdə Şəxs azyaşlı övladını yaşadığı evə apararkən Zamiq küçəyə çıxdı və ünvansız nəlayiq söyüşlər söyməyə başlamışdır. Onu sakitliyə və nizam inzitama dəvət edərkən Zamiq onların qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Tabesizlik göstərdiyinə görə Şəxs Şöbəyə aparmışlar. Şöbədə Zamiq hərəkətlərini davam etdirdiyi üçün saat 02:50-də inzibati qaydada tutulmuşdur. İşdə olan 02 iyun 2022-ci il tarixli, MN № 415030 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2022-ci il tarixdə saat 02:30 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan 02 iyun 2022-ci il tarixli, № 847 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 02:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə və Bərdə rayon Polis Şöbəsinə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar