Məhkəmə qərarları › İş №3(021)-792/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-792/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-792/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis kapitanı X12, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis leytenantı X7, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis mayoru X13, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis mayoru X2, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi, polis mayoru X22, Zərərçəkmiş şəxs X14, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, evli, Bərdə şəhəri, Q.B.Zakir küçəsi ev 05-də qeydiyyatda olan və yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 09 iyul 2021-ci il tarixdə X15 yaşadığı evin həyətində 03 (üç) ədəd su motoru, bir ədəd manqal, bir ədəd qidrofon, bir ədəd su krantını və bir ədəd su qızdırıcı oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində Əhmədov İngilaba məxsus avtomobildən bir ədəd akkumulyator oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 11 iyun 2021-ci il tarixdə X1 evinin həyətindən lambrini və Orsk markalı soyuducunun mühərikini oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində Vaz 2106 markalı avtomobildən akkumulyator oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 22 iyun 2021-ci il tarixdə X14 yaşadığı evinin həyətindən 50 manat dəyərində lövhəni və digər metal əşyaları oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsində Məmmədov Vüsala məxsus avtomaşından 01 ədəd maqnitafon, səs gücləndirici, drel və bir ədəd montaj ütüsünü oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 20 iyun 2021-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə X16 80 manat dəyərində akkumulyatorunu oğurlanması səbəbindən tərtib edilmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis mayoru X10 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 iyul 2021-ci il tarixdə Cəfərov Toğrul İlqar oğlunun yaşadığı evin həyətində 03 (üç) ədəd su motoru, bir ədəd manqal, bir ədəd qidrofon, bir ədəd su krantını və bir ədəd su qızdırıcı oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 iyun 2021-ci il tarixdə X1 evinin həyətindən lambrini və Orsk markalı soyuducunun mühərikini oğurlamışdır. Bundan başqa bir çox əməllərdə də Şəxs şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X23 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində Vaz 2106 markalı avtomobildən akkumulyator oğurlamışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X34 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2021-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə X16 80 manat dəyərində akkumulyatorunu oğurlamışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X18 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsində Məmmədov Vüsala məxsus avtomaşından 01 ədəd maqnitafon, səs gücləndirici, drel və bir ədəd montaj ütüsünü oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində Əhmədov İngilaba məxsus avtomobildən bir ədəd akkumulyator oğurlamışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X24 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyun 2021-ci il tarixdə X14 yaşadığı evinin həyətindən 50 manat dəyərində lövhəni və digər metal əşyaları oğurlamışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X25 izahat verib bildirdi ki, Şəxs tərəfindən ona dəymiş 50 manat ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki,səhv edib, əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X8 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2020 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 22 iyun 2021-ci il tarixdə saat 07 radələrindən saat 19 radələrinədək olan müddət ərzində Bərdə şəhəri, H.Əliyev prospekti ev 37-də yaşayan X19 məxsus fərdi yaşayış evinin həyətindən 50 manat dəyərində metal əşyalarını oğurlamış naməlum şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın bir sürəti şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X5 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 17 iyul 2021ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2334/21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 09 iyul 2021-ci il tarixdə X15 evinin həyətindən iki ədəd Markus markalı su motoru, bir ədəd qidrafon, bir ədəd su qızdırıcı, bir ədəd su krantı və bir ədəd manqal oğurlamış naməlum şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X9 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 02 avqust 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2591 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 31 iyul 2021-ci il tarixdə X9 yaşadığı evin qarşısında saxladığı Vaz 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin akkumulyatoru oğurlamış şəxsin gələcəkdə müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədi ilə qərarın surəti rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X11 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 02 avqust 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2588 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş 31 iyul 2021-ci il tarixdə X11 yaşadığı evin qarşısında saxladığı Vaz 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrəli avtomobilin akkumulyatorunu, 01 ədəd pioner maqnitafon, 01 ədəd su gücləndirici, 01 ədəd drel və 01 ədəd montaj ütüsünü oğurlamış şəxsin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X20 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 04 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2038 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 20 iyun 2021-ci il tarixdə X17 Vaz 2106 dövlət nişanlı avtomobilindən 80 manat dəyərində akkumulyatoru çıxardıb ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X26 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 02 avqust 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2587 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 31 iyul 2021-ci il tarixdə X6 Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində saxladığı Vaz 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin akkumulyatorunu çıxardıb ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X20 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 21 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1861 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 11 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Fizuli küçəsi ev 6-d X1 həyətindən su qızdırıcının, soyuducu mühərikinin və köhnə lambrinin ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 09 iyul 2021-ci il tarixdə X15 yaşadığı evin həyətində 03 (üç) ədəd su motoru, bir ədəd manqal, bir ədəd qidrofon, bir ədəd su krantını və bir ədəd su qızdırıcını, 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində Əhmədov İngilaba məxsus avtomobildən bir ədəd akkumulyatoru, 11 iyun 2021-ci il tarixdə X1 evinin həyətindən lambrini və Orsk markalı soyuducunun mühərikini, 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində Vaz 2106 markalı avtomobildən akkumulyatoru, 22 iyun 2021-ci il tarixdə X14 yaşadığı evinin həyətindən 50 manat dəyərində lövhəni və digər metal əşyalarını, 31 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsində Məmmədov Vüsala məxsus avtomaşından 01 ədəd maqnitafon, səs gücləndirici, drel və bir ədəd montaj ütüsünü, 20 iyun 2021-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə X16 80 manat dəyərində akkumulyatoru oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36, 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan Şəxs təyin edilmiş inzibati həbs tənbehləri qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) ay 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 03 avqust 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar