Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-792/2022 06.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 14 may 2022-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan X1 məxsus evin həyətindən ümumi dəyəri 65 (altmış beş) manat dəyərində 10 ədəd 3-4 aylıq çolpa və 6 litr həcmində samovarı oğurlamlşdlr. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 15 may 2022-ci il tarixdə saat 21 radələrində Bərdə şəhəri İ.Qayıbov küçəsində məsçidin qarşısında vətəndaş Rahid Canəliyevə məxsus içərisində olan 100 (yüz) manat olan pul qabını oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 20 aprel 2022-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında yaşayan X4 məxsus yaşadığı evdən 50 manat dəyərində 2 ədəd alyuminium qazan, 1 dəst bijuteriya, 1 ədəd gödəkçə və 1 ədəd sadə “Nokia” markalı mobil telefonu oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-791/2022 saylı, 3(021)-792/2022 saylı və 3(021)- 793/2022 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 04 iyun 2022-ci il tarixdə saat 15:30-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-792/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-792/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver