Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-793/2023 01.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4, Zərərçəkmiş şəxslər X5 və X1, Barəsində inzibati icraat aparılan Şəxs Cəlal oğlunun iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bərdə rayonunda doğulmuş, subay, əvəllər məhkum olunmuş, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Cəlal oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Cəlal oğlu 01 may 2023-cü il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləçən “Al” marketdən 35 manat məbləğində “Yeni Zellandiya” yağı oğurlamışdır. Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Cəlal oğlu 17 mart 2023-cü il tarixdə X2 məxsus olan 15 ədəd “Alpen gold” şokoladını oğurlamışdır. Məhkəmə iclasında Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X6 izahatında göstərdi ki, Şəxs Cəlal oğlu 01 may 2023-cü il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləçən “Al” marketdən 35 manat məbləğində “Yeni Zellandiya” yağı, 17 mart 2023-cü il tarixdə X2 məxsus olan 15 ədəd “Alpen gold” şokoladını oğurlamışdır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, ona 35 manat dəyərində ziyan vurulub. Vurulmuş ziyan tamm şəkildə ödənilmişdir. Şəxs Cəlal oğlundan şikayəti və tələbi yoxdur. Qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, ona 34 manat dəyərində ziyan vurulub. Vurulmuş ziyan tamm şəkildə ödənilmişdir. Şəxs Cəlal oğlundan şikayəti və tələbi yoxdur. Qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlal oğlu verdiyi izahatında göstərdi ki, o, əməlindən peşmandır. Nə səbəbə belə hərəkət etdiyini bilmir. Hazırda vurulmuş ziyanları ödəmişdir. Ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş protokollar əsaslıdır, lakin iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X5 və X1 ərizələrindən müəyyən olunur ki, Şəxs Cəlal oğlu vurmuş olduğu maddi ziyanları tam şəkildə ödəmiş və bu səbəbdən də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Cəlal oğlunun əməlində xırda talama kimi inzibati xəta tərkibi olmuş olsa da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinin təsiri altına düşdüyündən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs Cəlal oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-793/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-793/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver