Məhkəmə qərarları › İş №3(021)-794/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-794/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-794/2022 07.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon polis şöbəsi İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakı ilə, xx.xx.1961-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Yeni Əyricə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 07 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs 23 aprel 2022-ci il tarixdə Bərdə rayonu, Mollagüllər kəndində yerləşən işlədiyi fermadan atasından qalma ov tüfəngini qanunsuz saxlayaraq Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon polis şöbəsi İTB-nin polis sahə rəisi X6 izahatında göstərdi ki, 23.04.2022-ci ildə saat 12:00 radələrində X1 İsax Rəsul oğlunun yaşadığı fermanın ərazisində mal-qara otararkən Rafiqin iti İsaxın toyuqunu tutaraq ağzında apardığına görə İsax atasından qalmış ov tüfəngi ilə havaya atəş açmış, it toyuğu ağzından buraxmadığı üçün 2-ci dəfə itə tərəf atəş açmışdır. Hazırda Şəxs götürülmüş 16 kalibrli ov silahı Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək izahat verib bildirdi ki, Bərdə rayonu, Mollagüllər kəndində yerləşən fermada işləyir və orada yaşayır. Yaşadığı fermada ev quşları saxlayır. Toyuqlarının müxtəlif vaxtlarda tələf olduğunu görüb onları tələf edənin nə olduğunu bilmək üçün güdmüşdür. 23.04.2022-ci ildə saat 12:00 radələrində X5 onun yaşadığı fermanın ərazisində mal-qara otararkən Rafiqin itinin onun toyuqunu tutaraq ağzında apardığını görmüş və atasından qalmış ov tüfəngini götürərək havaya atəş açmışdır. İt toyuğu ağzından buraxmadığını görüb 2-ci dəfə itə tərəf atəş açmışdır. Səhvini başa düşdüyünü, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, vəkili olduğu şəxs Şəxs fermada yaşayır və fərdi əməklə məşğul olur. Onda aşkarlanmış 16 kalibrli ov silahı atasından miras qalmışdır. Hazırda Şəxs törətdiyi əməldən peşmandır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 07 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 03.05.2022-ci tarixli qərarından görünür ki, X2 23 aprel 2022-ci il tarixdə verdiyi Şəxs Bərdə rayonu, Mollagüllər kəndində yerləşən işlədiyi fermada atasından qalma ov tüfəngini qanunsuz saxlaması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İXM-nin 590.2–ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 26cı maddəsinə əsasən inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş- 16 kalibrli ov silahı müsadirə edilməklə bаrəsində 80 (səksən) manat məbləğində cərimə inzibаti tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hаkim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar