Məhkəmə qərarları › İş №3(021)-796/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-796/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-796/2022 24.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X5 iştirakı ilə, X1 Cənub Ərazi Baş Gömrük İdarəsinin 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərarından şikayət vermə müddətin bərpa edilməsinə dair ərizəsinə və şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi X3 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərarına əsasən X8 Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarının tələblərinə uyğun olaraq həmin maddənin “Qeyd” hissəsinin tələbləri nəzərə alınaraq 20000 (iyirmi min) manatın 50 (əlli)% həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi X4 tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin, X2 məhkəməyə müddətin bərpasına dair ərizə ilə müraciət edərək göstərmişdir ki, onun Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi X3 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərarından qanunu bilmədiyindən şikayət vermə müddətini buraxmışdır. Bir sahibkar olmasının nəzərə alınmasını və şikayətə baxılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi X3 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərarına əsasən, Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarının tələblərinə uyğun olaraq həmin maddənin “Qeyd” hissəsinin tələbləri nəzərə alınaraq 20000 (iyirmi min) manatın 50 (əlli)% həddində, yəni 10000 (on min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 23 bəyənnamə üzrə dəyəri 96577 ABŞ dolları olan “kartof və baş soğan” yükünü Cənub Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirməklə İraq Respublikasına icra etmişdir. İraq Respublikasına qoyulmuş embarqo səbəbindən köçürmə yolu ilə qeyd edilən vəsaitin gətirilməsi mümkünsüzdür. Bu səbəbə görə qeyd edilən vəsait köçürmə yolu ilə müvəkkil bankda olan hesabına köçürülməmişdir. Barəsində çıxarılmış 12000/5229 saylı qərarı əsassız və qeyri-qanuni hesab edir. Ona görə ki, sonuncu bəyənnamə xx.xx.2018-ci il tarixlidir, barəsində çıxarılmış qərar isə xx.xx.2021-ci il tarixlidir. İnzibati xətanın baş verdiyi tarixdən 1 il keçdikdən sonra barəsində inzibati tənbeh təbiri haqqında qərar çıxarılmışdır. İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydalarına görə inzibati tənbeh inzibati xtanın törədildiyi gündən ən gec bir il keçənədək verilə bilər. Buna görə də məhkəmədən buraxılmış şikayət vermə müddətinin üzürlü hesab edilib müddətin bərpa edilməsini və Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi X4 tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında bildirdi ki, barəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi X4 tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərardan savadsız olduğundan vaxtında şikayət verməmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 23 bəyənnamə üzrə dəyəri 96577 ABŞ dolları olan “kartof və baş soğan” kənd təsərrüfatı məhsullarını Cənub Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirməklə İraq Respublikasına ixrac etmiş, lakin həmin məhsulun dəyəri olan 96577 ABŞ dolları məbləğində vəsait ona İraq Respublikasına qoyulmuş embarqo səbəbindən köçürmə yolu ilə Bank hesabına köçürülməmişdir. Buna görə də buraxılmış müddətin bərpa edilməsi və şikayətin təmin edilərək qərarın ləğv edilməsini xahiş edir. Qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə müddətin bərpasına dair ərizəni, şikayəti və işdə olan materialları nəzərədən keçirib hesab edir ki, müddətin bərpasına dair ərizə təmin edilməməli, şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Belə ki, ərizə və şikayətə əlavə edilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi X4 tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərarın surətindən görünür ki, vəzifəli şəxs X10 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarının tələblərinə uyğun olaraq həmin maddənin “Qeyd” hissəsinin tələbləri nəzərə alınaraq 20000 (iyirmi min) manatın 50 (əlli)% həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, X10 həmin qərarından xəbəri olmuş, lakin heç bir üzürlü səbəb olmadan şikayət verməmiş və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Şikayətçi, məhkəməyə təqdim etdiyi prosessual müddətin bərpasına dair ərizəsində qanunları bilmədiyini, buna görə də qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilmədiyini bildirmişdir. Həmin arqumentlərlə bağlı məhkəmə qeyd edir ki, şikayətçi öz iddialarını əsaslandıracaq heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, şikayətçi tərəfindən qeyd edilənlər ərizənin təmin olunmasına əsas ola bilməz. Bundan başqa, qərar qəbul edildiyi vaxdan hazırki dövrə kimi 1 ilə yaxın müddət keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçinin müddətin bərpasına dair ərizəsində qeyd etdikləri inandırıcı deyil və həqiqəti əks etdirmir. Odur ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X10 tərəfindən şikayət vermə müddəti üzürsüz səbəbdən ötürdüyündən ərizə təmin oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: X7 Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi X4 tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli, 12000/5229 saylı qərarından buraxılmış prosesual şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin.Şikayət geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar