Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-797/2022 17.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Xİİİ Tağım YPX inspektoru polis sıravisi X7 tərəfindən qəbul edilmiş TP ******* saylı, 30 may 2022-ci il tarixli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Xİİİ Tağım YPX inspektoru polis sıravisi X5 TP ******* saylı, 30 may 2022-ci il tarixli qərar ilə X6 barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X6 həmin qərardan şikayət verərək, TP ******* saylı, 17 iyun 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə ona məxsus olan **- OJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkət etdiyi zaman Yevlax-Ağdam- Laçın avtomobil yolunun 18-ci km də YPX inspektoru aidiyyəti olan 13-cü tağımda ona saxla əmri vermiş, hərəkət zamanı müşahidə kamerasına düşdüyünü və qayda pozuntusuna yol verdiyini bildirmişdir. Sonra polis əməkdaşlarına aidiyyəti sənədləri təqdim etmiş, polis sənədləri götürüb inzibati binaya getmiş, təxminən 10 dəqiqə ərzində gəlmədiyinə görə bununla bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan bir müddət keçdikdən sonra polis sənədləri gətirmiş və İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunduğunu bildirmişdir. Polisin istinad etdiyi texniki vasitə müşahidə kamerasıdır. Müşahidə kamerası inzibati xətanı qeydiyyata almaq funksiyası yoxdur (İXM 81.1 və 81.2ci maddələri). Həmçinin İXM 99.1.1-ci maddəsi və İXM 100.1.8 maddəsi açıq şəkildə göstərir ki, xüsusi texniki vasitə sertifikatdan keçməli, onun təyinatı açıq şəkildə göstərilməlidir. Müşahidə kameraları sertifikatlaşma təyinatı yalnız müşahidə aparmaqdır, cərimə yazmaq deyildir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyası pozulub. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. X1 işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin şikayətçi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Baş X11 İdarəsinin Xİİİ Tağım YPX inspektoru polis sıravisi X7 şikayətin əsassız olduğunu bildirərək, həmin görüntünü əks etdirən videogörüntünü məhkəməyə təqdim etdi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Xİİİ Tağım YPX inspektoru polis sıravisi X7 tərəfindən qəbul edilmiş TP ******* saylı 30 may 2022-ci il tarixli qərarından görünür ki, X6 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, ona 40 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşə əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1987-ci ildə doğulmuşdur. X2 Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ E 300 MİNİK” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Azərbaycan Respublikası AD 017024 nömrəli Sürücülük Vəsiqəsinin surətindən görünür ki, X4 BC kateqoriyası üzrə sürücülük hüququ verilmişdir. Məhkəmə qeyd edir ki, X6 xx.xx.2022-ci il tarixdə **-OJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmadığını bildirsə də, məhkəməyə TP ******* saylı, 30 may 2022-ci il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları təqdim edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntüdən görünür ki, həqiqətən də o, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək, durmalı olduğu halda buna riayət etməyərək nəqliyyat vasitəsini idarəetməkdə davam etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 əməlində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X3 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xİİİ Tağım YPX inspektoru polis sıravisi X7 TP ******* saylı, 30 may 2022-ci il tarixli qərarından X3 verdiyi şikayət təmin edilməsin, TP ******* saylı, 30 may 2022-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-797/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-797/2022
17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver