Məhkəmə qərarları › İş №3(021)-798/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-798/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-798/2021 09.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati icraat aparılan Behbudov Elsəvən Qardaşxan oğlu və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Laçın rayonu, Hətənbər kəndində doğulmuş, orta təhsilli, işsiz, evli, Bərdə rayonu, Təhlə kəndində yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1, 564cü maddələr ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qardaşxan oğlu 08 avqust 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək yalan məlumat vermiş, eyni zamanda polisin qanuni tələbini pozaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 izahatında göstərdi ki, 08 avqust 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək yalan məlumat vermiş, eyni zamanda polisin qanuni tələbini pozaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədən Şəxs qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qardaşxan oğlu verdiyi izahatında göstərdi ki, 08 avqust 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək yalan məlumat vermiş eyni zamanda polisin qanuni tələbini pozaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır, himayəsində 15 və 8 yaşında uşaqları vardır. Özü əlildir. Məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən X1 Elsevən Qardaşxan oğlunun himayəsində iki uşağı olduğundan, bundan başqa əməlindən peşman olduğundan, ona yüngül cəza verməyini xahiş etdi. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Qardaşxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 564-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 08 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs Qardaşxan oğlu 08 avqust 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək yalan məlumat vermiş eyni zamanda polisin qanuni tələbini pozaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Qardaşxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs Qardaşxan oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 564-cü maddələrinin tərkibi olduğundan o, həmin maddələrlə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs Qardaşxan oğluna cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs Qardaşxan oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlindən səmimi peşman olmasını, məhkəmə iclas zalında polis əməkdaşlarından üzr istəməsini nəzərə almışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 08 avqust 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs 08 avqust 2021-ci ildə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsini tələblərinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Qardaşxan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 564-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci madəsi ilə barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq olunsun. Şəxs 08 avqust 2021-ci ildən inzibati qaydada tutulması nəzərə alınmaqla onun üzərində qəti olaraq 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar