Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-799/2021 19.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin müdir müavini X2, X1 iştirakları ilə, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Torpaqlardan İstifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişi X4 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X1 barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında şikayətçi X3 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət verdiyini qeyd etsə də, hazırda şikayətinin olmadığını və şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin nümayəndəsi X5 şikayətçinin şikayətdən olmadığını nəzərə alaraq qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştiraçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməli və Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Torpaqlardan İstifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişi X4 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvəsində saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında ola qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Torpaqlardan İstifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişi X4 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsn. Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Torpaqlardan İstifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişi X4 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyşdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-799/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-799/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver