Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-799/2022 09.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonu Qulular kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ailəli, Bərdə rayonu, Qulular kəndində qeydiyyatda olmaqla yaşayan X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 09 iyun 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1 izahatında göstərdi ki, X6 09 iyun 2022-ci il tarixdə saat 10:00 radələrində Vaz 21074 markalı ** ED *** dövlət nömrə nişanlı avtomaşının sahibi avtomaşının kontsruksiyasına dəyişiklik etdiyi üçün tərəfimizdən saxlanılmışdır. Yoxlama zamanı avtomaşında 2 aydan çox ödənməyən cərimə və etibarnamə olmadan avtomaşını idarə etdiyi üçün sürücüyə qayda pozuntularını izah etdik və sürücünün avtomaşınını duracağa yerləşdirəcəyimizi izah edərkən sürücü Şəxs etirazın bildirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Biz sürücünü dəfələrlə nizam-intizama dəvət etsək də sürücü buna məhəl qoymayaraq ünvanlı söyüşlər söyərək polisin qanuni tələbinə riayət etmədi. Məhkəmədən X2 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 verdiyi izahatında göstərdi ki, 09 iyun 2022-ci il tarixdə saat 10:00 radələrində Vaz 21074 markalı ** ED *** dövlət nömrə nişanlı avtomaşının kontsruksiyasına dəyişiklik etdiyi üçün X12 əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı avtomaşında 2 aydan çox ödənməyən cərimə və etibarnamə olmadan avtomaşını idarə etdiyi üçün ona qayda pozuntularını izah etdilər və onun avtomaşınını duracağa yerləşdirəcəyimizi izah edərkən sürücü Şəxs etirazın bildirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədən əməlindən peşman olduğunu nəzərə alaraq barəsində həbsnən bağlı olmayan cərimə təyin etməyi xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, X6 09 iyun 2022-ci il tarixdə saat 10:00 radələrində Vaz 21074 markalı ** ED *** dövlət nömrə nişanlı avtomaşının sahibi avtomaşının kontsruksiyasına dəyişiklik etdiyi üçün tərəfimizdən saxlanılmışdır. Yoxlama zamanı avtomaşında 2 aydan çox ödənməyən cərimə və etibarnamə olmadan avtomaşını idarə etdiyi üçün sürücüyə qayda pozuntularını izah etdik və sürücünün avtomaşınını duracağa yerləşdirəcəyimizi izah edərkən sürücü Şəxs etirazın bildirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, X6 09 iyun 2022-ci il tarixdə saat 10:00 radələrində Vaz 21074 markalı ** ED *** dövlət nömrə nişanlı avtomaşının sahibi avtomaşının kontsruksiyasına dəyişiklik etdiyi üçün tərəfimizdən saxlanılmışdır. Yoxlama zamanı avtomaşında 2 aydan çox ödənməyən cərimə və etibarnamə olmadan avtomaşını idarə etdiyi üçün sürücüyə qayda pozuntularını izah etdik və sürücünün avtomaşınını duracağa yerləşdirəcəyimizi izah edərkən sürücü Şəxs etirazın bildirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 09 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki X6 09 iyun 2022-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən X2 törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən X2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs X4 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-799/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-799/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver