Məhkəmə qərarları › İş №3(021)-8/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-8/2021

04.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-8/2021 04.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, Bərdə RPŞ İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafayıl qızının iştirakları ilə, xx.xx.1985-ci il tarixdə, Bərdə rayonu İmirli kəndində anadan olmuş, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Rafayıl qızı oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Rafayıl qızı İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis şöbəsində 04 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Rafayıl qızı 31.07.2020-ci il tarixdə həmkəndlisi X2 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X6 izahat verərək bildirdi ki, Şəxs Rafayıl qızı 31.07.2020-ci il tarixdə həmkəndlisi X2 döyərək xəsarət yetirmiş, həmin məlumat əsasında yığılmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra Şəxs Rafayıl qızı barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafayıl qızı izahatında əməlindən peşman olduğunu bildirdi və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Rafayıl qızı oğlu barədə İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X8 Bölməsinin təhqiqatçısı, polis kapitanı X10 oğlu tərəfindən qəbul edilmiş 18 avqust 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs Rafayıl qızı barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 04.01.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Rafayıl qızı 31.07.2020-ci il tarixdə həmkəndlisi X2 döyərək xəsarət yetirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon X8 Bölməsinin təhqiqatçısı, polis kapitanı X10 oğlu tərəfindən 18 avqust 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilərək Şəxs Rafayıl qızı barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Həmin qərarın qəbul olunmasından 04 aydan artıq müddət keçdikdən sonra protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafayıl qızı inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-in 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Rafayıl qızı barsəində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Rafayıl qızı barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar