Məhkəmə qərarları › İş №3(021)-8/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-8/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-8/2022 11.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, Bərdə Rayon Yol Patrul baş inspektoru X3 01 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X1 barəsində Bərdə Rayon Yol Patrul baş inspektoru X4 tərəfindən tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 01 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında şikayətçi X2 bildirdi ki, ona məxsus Lexus GX Minik markalı, **-HH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 29 noyabr 2021-ci il tarixdə evinə yaxın ərazidə yerləşən mağazaya getmişdir. Mağazadan çıxdığı zaman yol polis idarəsinin əməkdaşları onu saxlayaraq onun içkili olduğunu bildirdilər və onu evə apardılar. Orda onu yoxladılar və içkili olduğunu bildirdilər. Bundan sonra ona Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləinin 333.1-ci və 327.2-ci maddələri ilə protokol tərtib olundu. Lakin həmin protokol qanunsuz olaraq tərtib olunmuşdur. Çünki yol polis idarəsinin əməkdaşları onu xəstəxanaya aparmamışlar, yolda aparatla içki içməyini yoxlamamışlar. Bununla da barəsində inzibati protokol tərtib ediblər. Protokolun ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Bərdə rayon X7 patrul xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bərdə rayon X7 patrul xidmətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 3(021)- 4/2022 saylı qərardan görünür ki, X2 06 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Lakin hazırki şikayət ərizəsi ilə şikayətçi inzibati protokolu mübahisələndirmişdir ki, bu hal da özü-özlüyündə inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olduğu halda barəsində inzibati icraat aparılan X2 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati icraat aparılan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar