Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-80/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1988-ci ildə Bərdə şəhərində anadan olmuş Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Şəxs Bərdə Rayon Məhkəməsinin 3(021)-80/21 saylı 09 fevral 2021-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilməsinə dair vəsatətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən Аzərbaycan Respublikası İXMnin 529.3-cü mаddəsi ilə inzibаti xəta prоtоkоlu tərtib edilərək baxılmаsı üçün Bərdə Rаyоn Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə tərtib edilmiş EQ ******* nömrəli inzibati xəta protokolu üzrə inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq cəriməni ödəməmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)-80/21 saylı 09 fevral 2021-ci il tarixli qərarına əsasən Şəxs oğlu İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılmışdır. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs oğlu məhkəməyə ərizə verərək, protokol üzrə yaranmış cəriməni və dəbbə pulunu dövlət büdcəsinə ödədiyindən Bərdə Rayon Məhkəməsinin 3(021)-80/21 saylı 09 fevral 2021-ci il tarixli qərarına xitam verilməsini xahiş etmişdir. İnzibati materiala əlavə edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu barəsində tərtib edilmiş inzibati protokol üzrə cəriməni və dəbbə pulunu qanunla müəyyən edilmiş müddət ərzində dövlət büdcəsinə ödəmədiyi üçün bаrəsində İXM-nin 529.3-cü mаddəsi ilə inzibаti xəta törətməsinə dаir prоtоkоl tərtib edilmişdir. İşə əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Şəxs oğlu EQ ******* nömrəli inzibati protokol üzrə hesablanmış 60.0 manat cəriməni və 36.0 manat dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs oğlunun ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs oğlu cəriməni və dəbbə pulunu ödədiyindən İXM-in 152.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 3(021)- 80/21 saylı 09 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda şərh olunanlara əsasən İXM-nin 43, 114, 115, 128-130, 356.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarа аldı: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin olunmuş cəriməni və cəriməyə hesablanmış dəbbə pulunu ödədiyindən Bərdə Rayon Məhkəməsinin 3(021)-80/21 saylı 09 fevral 2021-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilsin. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Bərdə rаyоn məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-80/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-80/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver