Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-800/2023 16.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq , barəsində icraat aparılan şəxs və poliş şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər . Şəxs ərizə ilə məhkəməyə müarciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini , cəriməni və dəbbə pulunu ödəiyinə görə inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, Şəxs inzibati protokol üzrə hesablanmış cərimə və dəbbə pulu məbləğini ödəmişdir. Məhkəmə protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Həmin maddənin qeydində göstərilmişdir ki, Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, xx.xx.1958-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Saatlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair EQ 12063348 saylı protokol üzrə cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1958-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Saatlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair EQ 12063348 saylı protokol üzrə cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-800/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-800/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver