Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-803/2021 10.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 23 may 2021-ci il tarixdə Bərdə rayonu, Muğanlı kənd sakini X3 həyətindən 01 ədəd samovarı oğurlamışdır . Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 20 dekabr 2021-ci il tarixdə X4 yaşadığı evin həyətindən Markus markalı su motoru, 15 manat dəyərində Markus markalı qidrofon, 50 manat dəyərində Arqo adlı su qızdırıcı oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 22 dekabr 2020-ci il tarixdə Bərdə rayonu Avtobazada yaşayan X1 məxsus 80 manat dəyərində 01 ədəd Supermax markalı velosipedi oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 17 iyul 2021-ci il tarixdə Bərdə rayonu, Qaradağlı kəndində yaşayan X5 həyətindən su qızdırıcını oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 06 iyul 2021-ci il tarixdə Bərdə rayonu, Qaradağlı kəndində yaşayan X6 avtomobilindən maqnitofon, eynək və 20 manat məbləğində pulunu oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 30 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Qasımbəyli kəndində 90 manat dəyərində kondisioner mühərrikini oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-803/2021 saylı, 3(021)-804/2021 saylı, 3(021)-805/2021 saylı, 3(021)- 806/2021 saylı, 3(021)-807/2021 saylı, 3(021)-808/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 10 avqust 2021-ci il tarixdə saat 16:55-də Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.
Məhkəmə qərarları › İş №3(021)-803/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-803/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver