Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-803/2022 11.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə toplanmış materiala baxaraq, Müəyyən e t d i m: İcraatıma Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcuddur. Protokol və iş materialları protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərar v e r d i m: Daxil olmuş təhqiqat materialı və inzibati araşdırma ilə bağlı materiallarda şahid dairələri müəyyən olunmadığından, yetirilmiş xəsarətin yetirilmə dərəcəsi və şəraitin digər hallarını nəzərə almadan protokol tərtib olunmuşdur. İşin hərtərəfli, tam, obyektiv araşdırılması üçün tərtib olunmuş protokol Bərdə rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HakimElsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «11» iyun 2022-ci il № 3(021)- 803/2022 Bərdə rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Ənvər Həsənova Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala baxılması 11 iyun 2022-ci il tarixə saat 14:00-a təyin edilmişdir. Göstərilən tarixdə barəsində inzibati icraat aparılan şəxsin və nümayəndənizin iştirakının təmin edilməsi xahiş olunur. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-803/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-803/2022
11.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver