Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-804/2022 12.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Qullar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Bərdə rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(021)- 2311/2019 saylı icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədlərinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(021)-2311/2019 saylı icra sənədinin icrasını təmin etməmiş, nəticədə 2595 manat aliment borcu yaranmışdır. Borclu 2022-ci ilin yanvar ayından hazırki vaxtadək tələbkarın xeyrinə 1326 manat aliment ödəmişdir. Qərarı məhkəmənin mülahizəsini buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(021)- 2311/2019 saylı icra sənədinə əsasən Bərdə Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(021)-905/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28 fevral 2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 130 manat məbləğində aliment iddiaçı X2 ödəməlidir. Keçən müddət ərzində işləmiş və aliment borcundan müəyyən vaxtlarda ödəmişdir. Sonralar işləməmiş və aliment borcu yığılmışdır. 2022-ci ilin yanvar ayından hazırki vaxtadək tələbkarın xeyrinə 1326 manat aliment ödəmişdir. Hazırda borcu tam ödəməsi üçün maddi imkanı yoxdur. Belə ki, ikinci dəfə ailə qumuş, iki övladı vardır. Fərdi əməklə məşğul olur və gündəlik qazancı azdır. Ödəniş barədə qəbz təqdim etmişdir. İcra sənədi üzrə borcunu tez bir zamanda ödəyəcəkdir. Borcun bir hissəsini ödədiyini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(021)-2311/2019 saylı icra sənədindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(021)-905/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28 fevral 2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs ayda 130 manat məbləğində aliment tutulub iddiaçı X2 ödənilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərin surətindən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(021)-2311/2019 saylı icra sənədi üzrə aliment borcundan tələbkar X1 xeyrinə 1326 manat ödəmişdir. Beləliklə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(021)-2311/2019 saylı icra sənədi üzrə 2022-ci ilin yanvar ayından hazırki vaxtadək tələbkarın xeyrinə 1326 manat aliment ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınmasından və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-804/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-804/2022
12.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver