Məhkəmə qərarları › İş №3(021)-805/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-805/2022

12.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-805/2022 12.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X7 nümayəndəsi və vəkil X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Bərdə rayonu, Güloğlular kəndində anadan olmuş, Bərdə rayonu Güloğlular kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 12 iyun 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Bərdə rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(021)- 2197/2021 saylı icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədlərinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunamasına baxmayaraq borclu Bərdə Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(021)-2197/2021 saylı icra sənədinin icrasını təmin etməmiş, nəticədə 1410 manat aliment borcu yaranmışdır. Ödəniş barədə qəbzləri məhkəməyə təqdim edərək, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaranmış aliment borcundan 700 manat tələbkarın xeyrinə ödədiyini və qərarı məhkəmənin mülahizəsini buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(021)- 2197/2021 saylı icra sənədinə əsasən X1 üçün X8 hər ay 140 manat məbləğində aliment ödəməlidir. Maddi imkanı olmadığından alimenti tam ödəyə bilməmişdir. Belə ki, ikinci dəfə ailə qumuş, ikinci nikahdan da bir övladı vardır. Fərdi əməklə məşğul olur və gündəlik qazancı azdır. Hazırda yaranmış aliment borcundan 700 manat ödəmiş və qəbzləri icra məmruna təqdim etmişdir. İcra sənədi üzrə qalan borcunu tez bir zamanda ödəyəcəkdir. Borcun bir hissəsini ödədiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 nümayəndəsi və vəkil X6 göstərdi ki, borclu Şəxs icra sənədi üzrə alimenti qərəzli olaraq ödəmir. Belə ki, borclu işləyir və kifayət qədər qazancı vardır. Hazırda borcun tam olaraq ödənilməsini tələb edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(021)-2197/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X1 üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 140 manat məbləğində aliment tutulub iddiaçı X8 ödənilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş 12 iyun 2022-ci il tarixli ödəniş qəbzlərin surətindən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(021)- 2197/2021 saylı icra sənədi üzrə aliment borcundan 700 manat ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınmasından və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə görə isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar