Məhkəmə qərarları › İş №3(021)-806/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-806/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-806/2025 02.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Bərdə rayon Polis Şöbəsinin DYP-nin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru X1 iştirakı ilə, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC mülkiyyətində və ya istifadəsində olan KAMAZ 6520 043 YÜK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə göndərdiyi məlumatdan görünür ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati material Bərdə Rayon Məhkəsinə daxil olmuşdur. Həmin inzibati xətaya görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Səlahiyyətli orqan tərəfindən MMC-yə ünvanladığı müvafiq sorğusu olmaması, həmin sorğunun təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Buna görə də, Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İXM-nin 61.3-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Protokol tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs MMC əməlində təqsirlilik sübuta yetirilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 53.1.1-ci maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin gerçək hallarından görünür ki, hüquqi şəxs Şəxs MMC mülkiyyətində və ya istifadəsində olan KAMAZ 6520 043 YÜK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsinə görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola xx.xx.2025-ci il tarixli sorğu əlavə edilsə də qeyd olunan sorğunun Şəxs MMC çatması barədə sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət yaradır. Bərdə Rayon Polis Şöbəsinin DYPB tərəfindən hüquqi şəxs Şəxs MMC-nə mülkiyyətində və ya istifadəsində olan KAMAZ 6520 043 YÜK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın təqdim olunması barədə sorğu ünvanlansa da qeyd olunan sorğunun hüquqi şəxs Şəxs MMC-yə çatması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin: 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanmış 3(021)-806/2025 saylı inzibati xəta haqqında material üzrə əməlində təqsirlilik sübuta yetirilmədiyindən icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar