Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-808/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2000-ci ildə anadan olmuş, Bərdə şəhəri, Koroğlu küçəsi ev 66-də qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 13 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 13 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri Koroğlu küçəsində VAZ 2106 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, avotomobilə dair sənədlər tələb edilərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, Şəxs 13 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri Koroğlu küçəsində VAZ 2106 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobildə kostruksiya dəyişikliyi olduğundan dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılmış, sürücü Şəxs avtomobilə dair sənədlər və sürücülük vəsiqəsi tələb edilmiş, Şəxs sürücülük hüququnun olduğunu bildirmiş, lakin sürücülük vəsiqəsini polis əməkdaşlarını təqdim etməmişdir. Polis əməkdaşları Bort kompyuter vasitəsi ilə yoxlamış, onun sürücülük huququnun olmadığı və sürücülük hüququ olmadan avtomobil idarə etdiyi müəyyən edilmişdir. Sürücülük hüququ olmadığından DYPB-nin əməkdaşlarının avtomobilin duracağa yerləşdirilməsi barədə göstərişinə sürücü Şəxs etiraz edərək onlara tabesizlik göstərmişdir. Buna görə də Şəxs polis əməkdaşları tərəfindən Şöbəyə gətirilmiş və 13 iyun 2022-ci il tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 13 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri Koroğlu küçəsində VAZ 2106 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobildə kostruksiya dəyişikliyi olduğundan dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ondan avtomobilə dair sənədləri və sürücülük vəsiqəsini tələb etmişlər. Polis əməkdaşlarına yalandan sürücülük hüququnun olduğunu bildirmiş, polis əməkdaşları Bort kompyuter vasitəsi ilə yoxlamış, sürücülük huququnun olmadığını bildikdə ona avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişlər. Polislər avtomobilin duracağa yerləşdirilməsi üçün avtomobilin açarlarını tələb etmişlər, lakin polisin tələbinə əməl etməmiş və etiraz edərək onlara tabesizlik göstərmişdir. Buna görə də polis əməkdaşları tərəfindən Şöbəyə gətirilmiş və 13 iyun 2022-ci il tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, vəkili olduğu şəxs Şəxs hazırda əməlindən peşmandır. Şəxs əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Bərdə rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru işləyir. 13 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri Koroğlu küçəsində reyd keçirilərkən hərəkətdə olan VAZ 2106 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobildə kostruksiya dəyişikliyi olduğundan saxlanılmış, sürücü Şəxs avtomobildə dəyişiklik aparılmasının qanunla qadağan olunduğu izah edərək və avtomobilə dair sənədləri tələb etmişlər. Sürücü Şəxs sürücülük hüququnun olduğunu bildirmiş, lakin sürücülük vəsiqəsini təqdim etməmişdir. Bort kompyuter vasitəsi ilə yoxlamış, sürücünün sürücülük huququnun olmadığı və sürücülük hüququ olmadan avtomobil idarə etdiyi müəyyən edilmişdir. Sürücülük hüququ olmadığından avtomobilin duracağa yerləşdirilməsi barədə tələbə sürücü etiraz edərək onlara tabesizlik göstərmişdir. Buna görə də Şəxs Şöbəyə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Bərdə rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru işləyir. 13 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri Koroğlu küçəsində reyd keçirilərkən hərəkətdə olan VAZ 2106 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobildə kostruksiya dəyişikliyi olduğundan saxlanılmış, sürücü Şəxs avtomobildə dəyişiklik aparılmasının qanunla qadağan olunduğu izah edərək və avtomobilə dair sənədləri tələb etmişlər. Sürücü Şəxs sürücülük hüququnun olduğunu bildirmiş, lakin sürücülük vəsiqəsini təqdim etməmişdir. Bort kompyuter vasitəsi ilə yoxlamış, sürücünün sürücülük huququnun olmadığı və sürücülük hüququ olmadan avtomobil idarə etdiyi müəyyən edilmişdir. Sürücülük hüququ olmadığından avtomobilin duracağa yerləşdirilməsi barədə tələbə sürücü etiraz edərək onlara tabesizlik göstərmişdir. Buna görə də Şəxs Şöbəyə gətirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İşdə olan 13 iyun 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri Koroğlu küçəsində VAZ 2106 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, avotomobilə dair sənədlər tələb edilərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 19:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinib, inzibati qaydada tutulması nəzərə alınmaqla bаrəsində 100 (bir yüz) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 100 (bir yüz) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, vəkilinə və Bərdə rayon Polis Şöbəsinə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-808/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-808/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver