Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-808/2024 14.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin 16 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qarabağ Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Qarabağ Regional Təhsil İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin 16 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X5 tərəfindən Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində çalışan X3 əmək müqaviləsinin ƏMAS-a gec daxil edilməsi səbəbi ilə 05 iyul 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və onun əssında 16 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə yazılmışdır. X1 ilə işə qəbul olduğu tarixdən (xx.xx.2024-cü il) əmək müqaviləsi bağlanmışdır və əmək müqaviləsinin elektron bildirişi sistemə daxil edilmişdir. Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, Qarabağ Regional Təhsil İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin 16 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Belə ki, daha öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin 16 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qarabağ Regional Təhsil İdarəsinin şikayəti Bərdə Rayon Məhkəməsinə daxil olmuş və həmin şikayətə baxılaraq xx.xx.2024-cü il tarixdə yekun məhkəmə aktı qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin 16 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qarabağ Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-808/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-808/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver