Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-809/2021 11.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonu Körpüqıran kəndində anadan olmuş, Bərdə rayon Körpüsındıran kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X9 izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-398\2020 saylı, 16 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən 14.08.2011-ci il təvəllüdlü Kərimzadə Soltan Sərxan oğlu və 22.01.2019-cu il təvəllüdlü X8 ata Şəxs oğlundan alınaraq ana X2 verilməlidir. Borclu Şəxs oğluna dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu bir icra sənədinin icrasını tam təmin etməmişdir. Belə ki, 14.08.2011-ci il təvəllüdlü Kərimzadə Soltan Sərxan oğlunu anası Şəlalə Kərimovaya verməmişdir. Buna görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, uşağın anasına verilməsinə etirazı yoxdur, lakin uşaq özü ansının yanına getmək istəmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-398\2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsindən bütün məhkəmə instansiyalarına şikayət verilmiş və həmin qətnamə qüvvədə qalmışdır. Lakin uşaq özü anasına getmək istəmir. Məhkəmə iclasında tələbkar X3 izahatında bildirdi ki, övladı- 14.08.2011-ci il təvəllüdlü Kərimzadə Soltan Sərxan oğlu 3 ildir ki, onu görmür, ona görə də onu istəmir. O, övladını tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-398\2020 saylı, 16 yanvar 2020-ci il tarixli icra sənədini icra etməkdən imtina etmir, lakin uşaq özü anasının yanında qalmaq istəmir. Məhkəmə həmçinin qeyd edir ki, icra məmuru qeyri-müəyyənlik yaradaraq, Bərdə Rayon Məhkəməsinin 2(021)-398\2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasını təmin etmək üçün məcburi icra hərəkətlərini həyata keçirmir. Beləliklə işin hallarında məlum olur ki, borclu icra sənədini icra etməkdən qərəzli şəkildə boyun qaçırmır. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-809/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-809/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver