Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-81/2023 18.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onların nümayəndəsi X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Bərdə rayonu Gərənə kəndində doğulmuş, işsiz, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 iyul 2022-ci il tarixdə saat 20:00-da Bərdə rayon Gərənə kəndi ərazisində Zərərçəkmiş şəxs2 və X1 döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs 01 iyul 2022-ci il tarixdə saat 20:00-da Bərdə rayon Gərənə kəndi ərazisində Zərərçəkmiş şəxs2 yaşadığı evdə aralarında olan mübahisə zamanı onu və X1 döyərək, qəsdən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərdi ki, birinci dəfə ailəli olmuşdur, iki övladı vardır. Həyat yoldaşı vəfat etdikdən sonra 2012-ci ildə Bərdə rayon Gərənə kəndində yaşayan Hidayət adlı şəxslə ailə qurmuşdur. Həmin vaxt Hidayətin evinə gəlin gəlmişdir. 2015-ci ildə Hidayət Bərdə rayonu Gərənə kəndində olan evini və həyatyani sahəsini ona bağışlamış və həmin mülkiyyət rəsmi olaraq onun adına keçmişdir. 2022-ci il yanvar ayında Hidayətin uşağları onun yanından oğurlayıb aparıb onun adından saxta imza ilə məhkəməyə verib evi ondan almaq istəmişlər lakin ona nail ola bilməmişlər. 2022-ci ilin aprel ayında Hidayətin uşağları onu xəstə vəziyyətdə gətirib onun evnə atıb getmişlər. Hidayət xəstə olduğu üçün 01 iyul 2022-ci il tarixdə səhər saatlarında o, Hidayətə təcili yardım çağırmışdır. Təcili yardım Hidayətin tempraturu olduğunu deyib ona biraz dərman vermişlər. Həmin günün ikinci yarısı kəndin bələdiyəsi Ələmdar və Camal adlı Hidayətin dostları ona baş çəkməyə gəlmişdilər. Bu zaman Hidayəti gəlini Sevda, Ədibə, birinci ailəsindən olan övladları Aynurə, Bilurə, Saday və Xudayar həmçinin öz gəlini Səbinə onun yanına gəlmişlər. Onlardan hasardan həyətə daxil olan zaman birinci olaraq Xudayarla Saday onu kənara itələyib Hidayətin yatdığı çarpayıya getmişlər. Onlar çarpayını və Hidayəti aparmağ istəmişlər. Bu zaman o, onlara man olmaq istəmişdir. Həmin vaxt ilk Sevda onun saçından tutub yerə yıxmış, bundan sonra Ədibə, Aynurə və Bilurə onun saçından tutaraq onu yerə yıxıb xəsarət yetirmişlər. Həmin vaxt onlar, onu yerdə sürüməklə bədəninə çoxsaylı xəsarətlər yetirmişlər. Məhkəmədən barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 verdiyi izahatında göstərdi ki, Anası Serbiya 12 il əvvəl Bərdə rayonu Gərənə kənd sakini X4 ilə ailə qurmuşdur. 30 iyun 2022-ci il tarixdə o, Gərənə kəndinə gəlmiş və Hidayətin xəstə olduğunu görmüşdür. 01 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində anası Serbiyanın yaşadığı evdə olan zaman Hidayətin birinci həyat yoldaşından olan övladları Ədibə və Aynurə onu döyməyə başlamışlar. Tələbi Ədibə və Aynurə onu döydüyü üçün məsuliyyətə cəlb olunsunlar. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndəsi X7 bildirdi ki, Şəxs təqsiri sübuta yetirilmişdir və ona təqsirli bilindiyi maddənin sanksiyada nəzərdə tutulmuş ən ağır tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyməmişdir. Şər və böhtandır. Ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, aparılmış inzibati xəta hqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 13 yanvar 2023-cü il, № 7) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın (müstəntiq X5 tərəfindən) surətindən görünür ki, hadisə 01 iyul 2022-ci il tarixdə baş vermiş, sözügedən qərar 25 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Həmin qərar qəbul edildikdən sonra inzibati xəta haqqında protokol (sahə rəisi, polis kapitanı X6 tərəfindən) 18 yanvar 2023-cü il tarixdə tərtib edilmişdir. Yəni qanunla müəyyən edilmiş 03 aylıq müddət keçdikdən sonra tərtib edilmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tərkibi iş materialları ilə təsdiq edilsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-81/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-81/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver