Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-81/2025 13.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1995-ci il tarixdə Bərdə rayonunda anаdаn оlmuş, Bərdə rayon Qaradəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci mаddələri ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Bərdə rayonu Xanağalı Qaradəmirçi kəndində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı, Alı Əlizadə ilə xidmətdə olan zaman bir nəfər şəxsin mobil telfonla yüksək səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədiyini görüb. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib ictimai yerdə olduğunu bildirərək həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs təkrar uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakı insanların diqqətini cəlb etməyə və həmin yerə ətraf kütlənin toplaşmağına şərait yaratmışdır. Həmin şəxsi dəfələrlə nizam-intizam dəvət etsələr də, o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Həmin şəxsə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozduğunu və barələrində inzibati qaydada tədbir görülməsi üçün həmin şəxsi Bərdə RPŞ-nə dəvət etmişdirlər. Lakin həmin şəxs aqressiv formada heç bir yerə getməyəcəyini bildirərək onlara əl-qol hərəkətləri etməyə və polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsə polisin qanuni tələbinə tabe olmağa onlara qarşı əl-qol hərəkətləri etməməyini dəfələrlə xəbərdarlıq etsələr də, həmin şəxs onlara məhəl qoymayaraq həmin yerdən qaçmağa cəhd göstərmişdir, lakin onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişdirlər. Şəxs barəsində ən ağır inzibati tənbeh tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis nəfəri polis serjantı X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Xanağalı Qaradəmirçi kəndində Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Fariz Əsgərli ilə xidmətdə olan zaman bir nəfər şəxsin mobil telfonla uca səslə nalayiq ifadələr işlətdiyi tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlədərək öz qanunsuz əməllərini davam etdirmişdir. Onlar həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edib, İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və barəsində inzibati protokol tərtib edəcəyini bildirdikdə onların qanuni tələbinə qəsdən tabe olmamağa başlamışdır. Həmin şəxs polisin qanuni tələbinə tabe olmağa onlara qarşı əl qol hərəkətləri etməməyini dəfələrlə xəbərdarlıq etsələr də, həmin şəxs onlara məhəl qoymayaraq həmin yerdən qaçmağa cəhd göstərmişdir, lakin onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişdirlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Bərdə RPŞnin İTB-nin polis sahə rəisi polis kapitanı X4 və İTB-nin polis nəfəri polis serjantı X6 tərəfindən Bərdə RPŞ-nin rəisi polis polkovniki Ənvər Həsənova məruzə edilərək bildirilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Bərdə rayonu Xanağalı Qaradəmirçi kəndində Bərdə RPŞ-nin İTB-nin sahənin polis nəfərləri, polis serjantı Alı Əlizadə ilə xidmətdə olan zaman bir nəfər şəxsin mobil telfonla yüksək səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədiyini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib ictimai yerdə olduğunu bildirərək həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs təkrar uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakı insanların diqqətini cəlb etməyə və həmin yerə ətraf kütlənin toplaşmağına şərait yaratmışdır. Həmin şəxsi dəfələrlə nizam-intizam dəvət etsələr də, o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Həmin şəxsə İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tələblərini pozduğunu və barələrində inzibati qaydada tədbir görülməsi üçün həmin şəxsi Bərdə RPŞ-nə dəvət etmişdirlər. Lakin həmin şəxs aqressiv formada heç bir yerə getməyəcəyini bildirərək onlara əl-qol hərəkətləri etməyə və polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs polisin qanuni tələbinə tabe olmağa onlara qarşı əl qol hərəkətləri etməməyini dəfələrlə xəbərdarlıq etsələr də, həmin şəxs onlara məhəl qoymayaraq həmin yerdən qaçmağa cəhd göstərmişdir, lakin onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişdirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci tarixli Qərardan görünür ki, X4 və X6 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 12:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan 13 fevral 2025-ci il tarixli, MN №2050339 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayon Qaradəmirçi kəndində yüksək səslə nalayiq ifadələr işlətmiş və polis əməkdaşına tabesizlik göstərmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi . Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 11 fevral 2025-ci il tаrixdən, saat 12:30–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci mаddələri ilə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 11 fevral 2025-ci il tаrixdən, saat 12:30–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-81/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-81/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver